Məhkəmə qərarları › İş №e-2(041)-1562/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1562/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1562/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış 14 iyul 2023-cü il tarixli AZL-103 saylı X6nə əsasən “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı olan müvəqqəti istifadə sahibliyinə verilmişdir. “Daxili lizinq“ müqaviləsi və Ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarılmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq“ müqaviləsinin ləğv olaunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X2 müvəqqəti sahibliyində olduğu müddət ərzində cavabdehlər lizinq obyekti olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə mülkiyyətində olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Cavabdeh2 idarə edərkən İXP ******* saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh1 idarə edərkən EQ 16284303 saylı protokola görə 80 manat, EQ 16687697 saylı protokola görə 32 manat, cəmi 112 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 144 manat məbləğində ödəniş edilmişdir. Ona görə də Cavabdeh2 32 manat, Cavabdeh1 112 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi X5 “Elektron Məhkəmə“ sistemi vasitəsilə ərizə göndərib mülki işə onların iştirakı olmadan baxıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsimnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-103 nömrəli X6nin surətindən görünür ki, “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-103 saylı X6 əsasında lizinqə verilmiş 1 ədəd “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB436260 seriyalı, 2023 il buraxılışlı, ban № XWBTF69V9PA135512, mühərrik № B15D213222477GRXX0250, AĞ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-103 saylı X6 əsasında lizinqə verilmiş 1 ədəd “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB436260 seriyalı, 2023-cü il buraxılışlı, ban № XWBTF69V9PA135512, mühərrik № B15D213222477GRXX0250, AĞ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-103 saylı X6 əsasında lizinqə verilmiş 1 ədəd “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB436260 seriyalı, 2023 il buraxılışlı, ban № XWBTF69V9PA135512, mühərrik № B15D213222477GRXX0250, AĞ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş və Onlayn ödəmə çıxarışından görünür ki, Cavabdeh1 EQ 16284303 nömrəli protokola əsasən sürət həddini aşmağa görə 50 manat cərimə, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və Onlayn ödə çıxarışından görünür ki, Cavabdeh1 EQ 16687697 nömrəli protokola əsasən 20 manat cərimə, 12 manat dəbbə pulu olmaqla cəmi 32 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və Onlayn ödəmə çıxarışından görünür ki, Cavabdeh2 İXP5662175 nömrəli protokola əsasən 20 manat cərimə, 12 manat dəbbə pulu olmaqla cəmi 32 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş X3 üzrə ödənilmiş cərimələrin geri tələb olunmasına dair xx.xx.2024-cü il tarixli, 484 nömrəli xəbərdarlıqdan (Pretenziya məktubu) görünür ki, ona yazılmış İnzibati xəta protokoluna əsasən ümumilikdə 32 manat məbləğində cəriməni ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh1 göndərilmiş X3 üzrə ödənilmiş cərimələrin geri tələb olunmasına dair xx.xx.2024-cü il tarixli, 485 nömrəli xəbərdarlıqdan (Pretenziya məktubu) görünür ki, ona yazılmış İnzibati xəta protokoluna əsasən ümumilikdə 112 manat məbləğində cəriməni ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış 14 iyul 2023-cü il tarixli AZL-103 saylı X6nə əsasən “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı olan müvəqqəti imstifadə sahibliyinə verilmişdir. “Daxili lizinq“ müqaviləsi və Ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarılmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq“ müqaviləsinin ləğv olaunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X2 müvəqqəti sahibliyində olduğu müddət ərzində cavabdehlər lizinq obyekti olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə mülkiyyətində olan “Shevrolit Nexia“ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Cavabdeh2 idarə edərkən İXP ******* saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh1 idarə edərkən EQ 16284303 saylı protokola görə 80 manat, EQ 16687697 saylı protokola görə 32 manat, cəmi 112 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 144 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ziyan və zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəs ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusunu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin, habbeləhüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuşş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətienin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh2 32 manat, Cavabdeh1 112 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 32 manat, Cavabdeh1 112 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar