Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1855/2024 23.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan Mercedes Benz C200 markalı, ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, ** TH *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş PAT**********0 nömrəli sığorta müqaviləsinin 126279 və 127044 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı Cavabdehnyn idarə etdiyi Mercedes Benz C200 markalı, ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Atəşgah Sığorta Şirkəti” avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ƏN-Vİ 326359 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh Mercedes Benz C200 markalı, ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2031-ci ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Beləliklə o hadisə zamanı nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli fiziki şəxs X5 tərəfindən verilmiş yekun qüsur aktına əsasən “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3360 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Opel Astra” markalı, ** TH *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 700 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PRP**********909 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Opel Astra” markalı, ** TH *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X2 3360 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki Tp seriyalı inibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nın 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş meteriallarında olan izahatlarda da şəxsin hadisə yerini tərk etdiyi qeyd olunmuşdur. Ona görə də Cavabdeh “Opel Astra” markalı, ** TH *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümumilikdə ödənilmiş 4060 manat sığorta ödənişi və ödənilmiş 60.60 Cavabdeh “OpelAstra” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümümilikdə ödənilmiş 4060 AZN (dörd min altmış manat) sığorta ödənişi və 60.60 AZN (altmış manat altmış qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbuledilməsini Sizdən xahiş edirik. manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2024-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ƏN-Vİ 326359 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh Çıngiz oğlunun “Mercedes Benz C200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2031-ci ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli fiziki şəxs X3 tərəfindən verilmi. Yekun qüsur aktına əsasən, “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3360 AZN (üç min üç yüzaltmış manat) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Opel Astra” markalı, ** TH *** dövlət qeydiiyyat nişanlı nəqliyyat vasitəsinə 700 AZN (yeddi yüz manat) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PRP**********909 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “OpelAstra” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 700 AZN (yeddi yüz manat) sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PRP**********850 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X4 3360 AZN (üç min üç yüzaltmış manat) sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərlə ki, zərərin qarşısıalınmazqüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etməkhüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsmin öhdəsinə qoyulur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nə 4060 manat məbləğində sığorta borcu var. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 60.60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “OpelAstra” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümümilikdə ödənilmiş 4060 AZN (dörd min altmış manat) sığorta ödənişi və 60.60 AZN (altmış manat altmış qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündan 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Opel Astra” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Fiat Qubo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümümilikdə ödənilmiş 4060 AZN (dörd min altmış manat) sığorta ödənişi və 60.60 AZN (altmış manat altmış qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1855/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1855/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver