Məhkəmə qərarları › İş №e-2(041)-1986/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1986/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1986/2023 20.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Vaz-21074 markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1357 manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Nümayəndə xx.xx.2023-cü il tarixdə Elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh işinə dair iddia ərizəsi və əlavə sənədlər elektron məhkəmə sisteminə yüklənən zaman aidiyyət qaydasının tərəfindən yanlışlıqla pozulmuşdur. Belə ki, Cavabdeh qeydiyyat ünvanı Kəlbəcər rayonu olduğundan iş üzrə materiallar Kəlbəcər rayon məhkəməsinə göndərilməli idi, lakin elektron ərizə sistemə yüklənərkən yanlışlıqla Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinin və əlavə sənədlərin mahiyyəti üzrə baxılması üçün Kəlbəcər rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələbinə görə aidiyyət haqqında məsələ qalxdıqda hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərazi aidiyyəti üzrə Kəlbəcər rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci, 45ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərazi aidiyyəti üzrə Kəlbəcər rayon məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar