Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2001/2024 06.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, X1 maraqlı şəxs Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01709 nömrəli barışıq sazişini təsdiq edərək Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 oğlunun, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh əmək müqaviləsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirlərinin 70% hissəsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyə görə aldığı pensiyanın 70% hissəsinin alınaraq ərizəçi İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Birgə nikahlarından üç övladları xx.xx.2015-ci il təvəllüdlü X6 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlu anadan olmuşdur. Maraqlı şəxs Cavabdeh ilə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan onun xasiyyətində baş vermiş dəyişiklik səbəbindən ayrı yaşamaq qərarına gəlmişlər. Maraqlı şəxs Cavabdeh aylıq gəliri 6000-7000 manat arasında olmasına baxmayaraq iddiaçı ondan ayrı yaşadıqları müddət ərzində övladlarının saxlanması üçün ondan köməklik göstərməsini istəmiş olsada o, köməklik göstərməkdən imtina etdiyinə görə ərizəçi məcbur olub ondan məhkəmə qaydasında aliment tələb etmək qərarına gəlmişdir. Aliment tələbi ilə bağlı mübahisənin məhkəməyə qədər həll edilməsi üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyası zamanı Cavabdeh ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi bağlanarkən Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində işlədiyini onun aylıq əmək haqqının 1365.66 manat təşkil etdiyini, bundan əlavə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində 1407.81 manat əmək pensiyyası alması barədə arayış təqdim etmişdir. Bundan sonra Cavabdeh məhkəmədən kənar mübahisəni özü həll edərək aylıq əmək haqqının və başqa gəlirlərinin 70% hissəsini və aldığı əmək pensiyanın 70% hissəsini hər ayın 10-dan gec olmayaraq uşaqların saxlanması üçün ona ödəniş etmək barədə onunla barışıq sazişi bağlamağı təklif etmiş və ərizəçi onun təklifi ilə razılaşmışdır. Sumqayıt 1 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01709 nömrəli barışıq sazişinə əsasən Cavabdeh onunla birgə nikahdan anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün əmək müqaviləsi üzrə işlədiyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirlərinin 70% hissəsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində əlilliyə görə aldığı pensiyanın 70% hissəsinin, hər ayın 10-dan gec olmayaraq alment olaraq İddiaçı ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh hər ayın 10-dək əmək haqqını və pensiyasını aldığı üçün onlar hər ayın 10-dan gec olmayaraq alimenti ödəmək barədə razılaşmışlar. Amma buna baxmayaraq Cavabdeh bu günədək müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmış və ödəməyəcəyini ərizəçiyə bildirmişdir. Uşaqların saxlanmasında çox ciddi maliyyə sıxıntıları keçirir. Uşaqları saxlamaq onun da vəzifəsi olmasına baxmayaraq Cavabdeh ona köməklik göstərrmir və aralarında imzlanamış barışıq sazişinin tələblərini pozur və bu günədəkdə pozmaqda davam edir. Halbuki aralarında bağlanmış barışıq sazişinin 6-cı bəndində göstərilir ki, saziş, əgər sazişdə ayrı qayda nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunur. Həmin sazişin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa tərəflər sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh qeyd olunan gəlirlərindən əlavə onun 8 ədəd avtomobili var ki, həmin avtomobilləri başqa şəxslərə vermiş və hər ay həmin şəxslərdən ümumilikdə 3000 manata qədər icarə haqqı alır. Yəni Cavabdeh uşaqları saxlamaq üçün ondan tələb etdiyi alimenti ödəyəcək qədər onun kifayət qədər maddi imkanının olmasına baxmayaraq o, ərizəçiyə köməklik göstərmir Ərəziçənin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ərizəni müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ərizəni qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan, Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsindən görünür ki, ərizəçi Salahova X5 rayon Xırdapay kəndində, maraqlı şəxs Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlu anadan olmuşdur. İş materiallarında olan, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01709 nömrəli barışıq sazişindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində işlədiyini onun aylıq əmək haqqının 1365.66 manat təşkil etdiyini, bundan əlavə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində 1407.81 manat əmək pensiyyası alması barədə arayış təqdim etmişdir. Bundan sonra Cavabdeh məhkəmədən kənar mübahisəni özü həll edərək aylıq əmək haqqının və başqa gəlirlərinin 70% hissəsini və aldığı əmək pensiyanın 70% hissəsini hər ayın 10-dan gec olmayaraq uşaqların saxlanması üçün ona ödəniş etmək barədə onunla barışıq sazişi bağlamağı ona təklif etmiş və ərizəçi onun təklifi ilə razılaşmışdır. Sumqayıt 1 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2024cü il tarixli MŞS/MT030/2024-01709 nömrəli barışıq sazişinə əsasən Cavabdeh onunla birgə nikahdan anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün əmək müqaviləsi üzrə işlədiyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirlərinin 70% hissəsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində əlilliyə görə aldığı pensiyanın 70% hissəsinin, hər ayın 10-dan gec olmayaraq alment olaraq İddiaçı ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh hər ayın 10-dək əmək haqqını və pensiyasını aldığı üçün onlar hər ayın 10-dan gec olmayaraq alimenti ödəmək barədə razılaşmışlar. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. (3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz.) Həmin Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355- 23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü madəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barışıq sazişi qanunun tələblərinə riayət edilməklə bağlanılmış, hər iki tərəf mediasiyada iştirak etmiş və saziş uşaqların saxlanılması üçün alimentin tutlması ilə bağlı Ailə Məcəlləsinin müddəalarına uyğundur. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01709 nömrəli barışıq sazişi təsdiq edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 oğlunun, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh əmək müqaviləsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin Qaz Kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirlərinin 70% hissəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyə görə aldığı pensiyanın 70% hissəsi alınaraq ərizəçi İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2001/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2001/2024
06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver