Məhkəmə qərarları › İş №e-2(041)-2105/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2105/2025

25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2105/2025 25.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. 2 dəst döşək tek nəfərlik. 2. 2 dəst yorğan tek nəfərlik. 3. 6 böyük ölçülü balış. 4. 1 taxt yorğan, (sintifon pasteli pərdəsi, yataq üçün dəst.). 5. 4 ədəd balaca ölçülü balış. 6. 2 ədəd oturaq divan üçün balış. 7. 1 taxt üçün qalın böyük ədyal, 1 ədəd taxt üçün Pakrival yaşıl rəng. 8. 2 ədəd tək divanlı ədyal. 9. Sok çəkən maşın. 10. Ət çəkən maşın. 11. 2 ədəd oyuncaq ayı. 12. Televizor plazma. 13. Soba. 14. ev üçün qab qacaq-servis. 15. Kondisioner 100 kv. 16. Mikrodalğalı soba. 17. Paltaryuyan maşın 6 kq “E.g”. 18. Blender dəsti. 19. Xalça 2 ədəd. 20. qazan dəsti. 21. Tozsoran. 22. Televizor. 23. Ütü 24. Ütü masası. 25. Tefal çaynik 2 ədəd. 26. Qazan dəsti 1 dəst. 27. 5 qazan, 1 tava, 2ci qazan dəsti qırmızı. 28. 5 qazan, iri və xırda.

29. 1 ədəd aş qazanı tefal, 30. 3 ədəd alüminium qazan, iri və xırda. 31. 1 ləyən. 32. 1 vanna. 33. 1 vedrə. 34. Vilka 12 ədəd. 35. Qaşıq-çay 12 ədəd, böyük qaşıq 12. 36. Bıçaq, dəsti (boşqab mətbəx üçün) 48 parça. 37. Mikser tək. 38. blender mikser və kokteyl 3-ü bir yerdə dəst. 39. 3 ədəd konfet qabı. 40. Meyvə qabı 4 eded. 41. ləpə qabı 2 ədəd. 42. 6 dəst xrustal stəkan. 43. 1 ədəd lüstür. 44. Saat 1 ədəd. 45. 1 ədəd fincan dəsti. 6 ədəd. 46. 2 Mertebeli çaydan desti. 47. 1. Mebel 48. yataq dəsti. 49. qonaq dəsti. 50. 1 əd – taxt (matras). 51. 2 əd – tumbi (2 ədəd naçnik) 52. 1 əd –termo. 53. 1 əd – şkaf. 54. Qonaq dəsti. 55. 1 əd –qorki. 56. 1 əd – divan. 57. 2 əd – kreslo. 58. 1 əd – jurnalni stol. 59. 6 əd – stul. 60. 1 əd stol. 61. Uşaq yataq dəsti. 63. 2 ədəd– çarpayı. 64. 2 əd (matras). 65. 1 ədəd – yazı masası. 66. 1 ədəd – şkaf. 67. Xalça – 1 əd. 68. 1 ədəd taxt üçün yorğan ve döşek. 69. abedni servis 2 böyük bulut 2 kiçik bulut. 70. bagima göy rəng 6 ədəd. 71. bagima Rozivi rəng 6 ədəd. 72. 6 bakal 1 dolça dəsti bagima. 73. 6 bakal dəsti 6 qırmızı bakal. 74. 6 ağ bakal 2 konfet qabı. 75. 1 ədəd gül. 76. 1 ədəd güldan. 77. 1 ədəd kahve dəsti malocno rəng. 78. 2 ədəd salfetqabı. 79. pərdə 3 ədəd yataq üçün uşaq otağı üçün.

80. qonaq otağı üçün pərdə. 81. 6 ədəd qruşka. 82. Çarşaf və döşək üzü. 83. Taxt üçün 6 dəst Çarşaf və döşək üzü. 84. Tək nəfərlik Çarşaf və döşək üzü 10 ədəd. 85. 1 balış 1 prostina 1 çıxol hamam dəsmalı 86. 15 əd dəsmal, əl üzə 20 əd, 87. çay dəsmalı 20 ədəd Qızıl-zinət əşyaları: Komplekt dəsti -sırğa– 15 qr, üzük– 7 qr. İtalyan sep – 30 qr. İtalyan qolbaq 15 • 1 əd sep – 10 qr. • 1 əd qolbaq – 6 qr. • Nişan üzüyü – 5 qr. • Üzük – 6 qr. • Üzük – 7 qr. komplekt sep qolbaq olmaqla əlavə 1 sep 1 qolbaq 4 əd üzük 1 əd sırğa Qızıl sep (uşaq üçün) – 4 qr olmaqla, cehiz əşyalarının, qızıl-zinət əşyaların özünü və ya dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək,

1. uşaq dəsti mebeli-( iki ədəd çarpayı, 2 ədəd matras). 2. Şkaf yazı masası- 1 ədəd. 3. Kondisaner 100 kvadrat -1 ədəd. 4. Paltaryuyan LG6 kq-1 ədəd. 5. Mikrodalgali soba-1 ədəd + 6. Soba-1 ədəd. 7. Televizor plazma 108 ekran- 1 ədəd. 8. Xalça-1 ədəd. 9. Lüstur 1 ədəd. 10. Blender dəst kanbayin -1 ədəd. 11. Mikser tek 1 ədəd. 12. Şirəçəkən- 1 ədəd.

13. uzun balaca balış - 4 ədəd. 14. El blenderi -1 ədəd. 15. Stəkan dəst -6 ədəd. 16. Hamam dəsmalı- 10 ədəd. 17. əl-uz dəsmalı -20 ədəd. 18. Çay dəsmalı -20 ədəd. 19. Cüt nəfərlik pastel -6 ədəd. 20. Tək nəfərlik pastel- 10 ədəd. Qızıl-zinət əşyaları: Komplekt dəsti sırğa-15 qr, üzük-7 qr.-583 əyar rus qızılı İtalyan sep - 30 qr. İtalyan qolbaq 15 qr) - 750 əyar- italyan qızılı. 1 ǝd sep - 10 qr.-583 əyar- rus qızılı. 1 əd qolbaq - 6 qr.-583 əyarrus qızılı. Nişan üzüyü - 5 qr.-583 əyar-rus qızılı. Üzük - 6 qr-583 əyar-rus qızılı. Üzük - 7 qr-583 əyar -rus qızılı. Qızıl sep (uşaq üçün) - 4 qr.-583 əyar -rus qızılı olmaqla cehiz əşyaları, qızıl-zinət əşyalarının geri qaytarılması və ya qızılının dəyərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2012-ci il tarixində el adət-ənənəsi ilə ailə qurmuş, nişan və toy zamanı cavabdehlər tərəfindən və eləcə də onun yaxın qohumları tərəfindən ona qızıl-zinət əşyaları verilmişdir. Sonralar münasibətləri pozulmuş və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-110/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cehizləri və qızıl-zinət əşyaları cavabdeh tərəfindən saxlanılmış və ona geri qaytarılmamışdır. Bütün qohumları və qonşular da onun oğlan evinə cehiz apardığının və ona qızılların verilməsinin şahidi olmuşlar. Lakin, cavabdeh tərəf ona verilən qızıl-zinət əşyalarını geri verməyəcəyini bildirmişdir. Cavabdehlər Cavabdeh və X13 iddiaya qarşı etiraz ərizəsində göstərmişdir di ki, iddia ərizəsində tələb olunanlar həqiqəti əks etdirmir, heç bir sübutu olmayan və böhtan xarakterli tələbdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi tam əsassızdır, iddianı təmin edəcək hər hansı bir sübut yoxdur və bu baxımdan təmin olunmamalıdır. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Faktiki yaşadığı mənzil xx.xx.2008-ci il tarixindən tam mülkiyyətindədir. İddiaçı oğlu X13 ilə xx.xx.2012-ci il tarixində ailə qurmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-110/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Nikah pozulan ərəfədə, həmçinin nikah pozulduqdan sonra iddiaçı tərəfə ona məxsus olan əşyaların götürülməsində heç bir maneə yaradılmamışdır. Əksinə cehiz əşyaların götürülməsi dəfələrlə tələb olunmuşdur. İddia ərizəsində qeyd olunan əşyaların böyük bir qismi cehiz əşyası kimi mövcud olmamışdır. İddiaçı həmin tələbi əşyalara münasibətdə şişirtmişdir. Belə ki, cehiz əşyaları könüllü olaraq boşaltmadığı səbəbindən, mənzilin məcburi boşaldılması tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iddiaçı olan İddiaçı və vəkili həmin məhkəmə prosesi barəsində məhkəmə tərəfindən məlumatlandırılmışdır. Kürdəmir Rayon Məhkəməsinin e-2(041)-1716/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin olunmuşdur. Həmin qətnaməyə uyğun olaraq, X7 məxsus olan əşyalar: 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1 dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tərt qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonaq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazıstolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba olmaqla Cavabdeh mülkiyyətində Kürdəmir rayonu, Aran qəsəbəsi, bina 22, 8 nömrəli mənzildən çıxarılaraq cavabdeh X7 təhvil verilməsi və cavabdeh X5 ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət olunmuşdur. Hal-hazırda həmin qətnamə öz qüvvəsini almışdır və Kürdəmir rayon icra şöbəsində həmin qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbi könüllü icra etmək təklif olunmuşdur. Buna baxmayaraq İddiaçı cari günə qədər əşyalarını evdən çıxartmamışdır. Qeyd olunan əşyalardan başqa İddiaçı heç bir əşyası cehiz olaraq və ya başqa mülkiyyət formasında onun evində olmamışdır. Evində olan qalan bütün əşyalar ona məxsusdur. Tələb olunan əşyaların sayı çox olduğundan o evində baxış keçirilməsinə də heç bir etiraz etmir. Gündəlik həyatda zəruri olan məişət texnikaları əşyaları onun tərəfindən alınmışdır. Hal-hazırda evində ona aid olan kondisioner, televizor və s. məişət texnikasının modellərinin istehsal tarixinə nəzər yetirsək belə onların istehsal tarixi 2017, 2018 və s. düşür ki, həmin əşyaların cehiz olmasını belə mümkünsüz edir. Həmçinin, elə bir məişət texnikası yoxdur ki, onun 12-13 il zəmanəti olsun və ya o qədər müddət işləyə bilsin. İddia ərizəsində qeyd olunan əşyalar isə qətnamədəki əşyalardan başqa mövcud olmamışdır. Onun həyat yoldaşı cavan rəhmətə gedib və o 3 övladını atasız min bir əziyyətlə böyütmüş, heç vaxt heç kimin haqqına girməmiş və bu günə qədərdə başqasının əşyasına möhtac olmamış, bunu öz qüruruna heç vaxt sığışdırmamışdır. Bundan başqa adi iddia ərizəsinə baxdıqda belə qeyd olunan əşyaların onun tərəfindən alınmasını təsdiq edəcək hər hansı sübut da iddia ərizəsinə əlavə olunmamışdır. İddiaçı tərəfindən bu cür yalan heç bir hüquqi əsası olmayan iddia qaldırılması təəssüf hissi doğurur. Qızıl zinət əşyalarına gəldikdə isə iddia ərizəsinə əlavə olunan toy şəkilində olan qızıllar mövcud olub, toy vaxtı İddiaçı hədiyyə olunmuşdur. Digər qızıl zinyət əşyaları mövcud olmamışdır və heç bir vaxt o və oğlu Şamilov Anarın həmin qızılların harada olmasından məlumatlı olmamışıq. İddiaçı məxsus olan qızıl zinyət əşyaları, həmçinin, oğlu Şamilov Anarın nişan üzüyü və nəvələrinə hədiyyə verdiyi qızıllar həmişə İddiaçı özündə olub və harada saxlamasından heç vaxt onun və oğlunun xəbəri olmamışdır. Nikah pozulan ərəfədə İddiaçı və ailə üzvləri 3 dəfə evinə gəliblər və hər səfərində əşyalarını götürmələrinə hər hansı maneə yaratmamışlar. Bunu qonşular ailə üzvləri, bacı və qardaşları, hətta öz qohumları da vicdanla təsdiq edə bilər. Hətta nikah pozulmamışdan əvvəl yuyulmaq adı ilə evindən 5 ədəd xalçanı da aparıb geri qaytarmayıblar. Kürdəmir Rayon Məhkəməsinin e-2(041)- 1716/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunan əşyalardan başqa İddiaçı hər hansı bir cehiz əşyası mövcud olmamışdır. Bundan başqa İddiaçı məxsus hər hansı qızıl-zinət əşyası nə o, nə də ki oğlu X13 tərəfindən ələ keçirilməmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası mülki, mülki prosessual qanunvericiliyin tələblərini, həmçinin, vahid məhkəmə təcrübəsini nəzərə alaraq, iddia ərizəsi tam əsassız olması səbəbindən etiraz edir və rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, tələb etdiyi cehiz əşyalarının bir qismini işə məhkəmədə baxılan müddətdə geri aldığı üçün onları sıyahıdan çıxarmış və iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Tələb etdiyi əşyalardan kondinsioner 100 kvadrat -1 ədəd, paltaryuyan LG6 kq-1 ədəd, mikrodalgali soba-1 ədəd, televizor plazma 108 ekran- 1 ədəd, xalça-1 ədəd, lüstur 1 ədəd, blender dəst konbayin -1 ədəd, şirəçəkən- 1 ədəd birgə nikah dövründə alınmış, qalan əşyaları isə cehiz kimi aparmışdır. Tələb etdiyi qızıl-zinət əşyalarını ilk gündən qayınanası Minayə ondan alıb özündə saxlamış, qonaq getdiyi hallarda özünə qaytarmış və evə qayıdandan sonra yenidən ondan geri almışdır. Buna etirazı olmadığı üçün evdən çıxarılana kimi belə də davam etmişdir. Ona şiddət göstərildiyi üçün polisə müraciət etmiş və məcburi qaydada evdən çıxarılmışdır. İstəsə belə qızıllarını götürə bilməmişdir. Həmin qızılların bir hissəsi təqdim etdiyi foto şəkillərdə də aydın görükür. Onun cavabdehlərdə qalan, özünə məxsus əşyalarını tələb edir. Cavabdehlərdən ona aid olmayan heç bir əşya istəmir. Sonradan həmin evə uşaqların palatarlarını götürmək üçün qayıtmış, özünə aid heç bir şey götürməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, müdafiə etdiyi şəxs İddiaçı özü də qeyd edir ki, götürdüyü əşyalar siyahıdan çıxarılıb və iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verilib. Tərəf polis şöbəsinə müraciət etmiş, və həqiqətən də şiddətə məruz qalaraq evdən çıxarılmışdır. Həmin an uşaqların paltarlarını belə götürmək iqtidarında olmayıb, həmçinin də, qızıl əşyalarını da. Cehiz əşyaları və qızıl-zinət əşyaları da həmin evdə qalıb. Ona görə də qarşı tərəfdə cehiz əşyalarının çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Ayşən icra məmurlarının iştirakı ilə gedib əşyaları götürmüş və hal-hazırda da həmin əşyalar bilinir ki yararsız vəziyyətdədir. Həmin icra sənədi artıq icra edilmişdir. Müdafiə etdiyi şəxs götürdüyü əşyaları tələb etmir, qalan əşyalarını və haqlı olaraq hədiyə olaraq ona verilən qızıllarını tələb edir. Həmin əşyaların və qızılların iddiaçı tərəfindən aparıldığını iddia edən cavabdeh tərəf bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya dair etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək bildirdi ki, tərəflər xx.xx.2012-ci il tarixində ailə qurmuş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-110/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. İddia ərizəsində qeyd olunan əşyaların böyük bir qismi cehiz əşyası kimi mövcud olmamışdır. İddiaçı həmin tələbi əşyalara münasibətdə şişirtmişdir. Hal-hazırda cavabdehlərin evində ona aid olan kondisioner, telivizor və s. məişət texnikasının modellərinin istehsal tarixinə nəzər yetirsək belə onların istehsal tarixi 2017-ci, 2018-ci və s. düşür ki, həmin əşyaların cehiz olmasını belə mümkünsüz edir. Qızıl zinət əşyalarına gəldikdə isə iddia ərizəsinə əlavə olunan toy şəkilində olan qızıllar mövcud olub, toy vaxtı İddiaçı hədiyyə olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin e-2(041)-1716/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunan əşyalardan başqa İddiaçı hər hansı bir cehiz əşyası mövcud olmamışdır. İddiaçı evdən çıxandan sonra bir neçə dəfə həmin evə qayıtmış və özünə aid əşyalarını özü ilə aparmışdır. İddiaçının iddiası əsassızdır, ona görə də rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Ayşənin xalasıdır və bir həyətdə yaşayırlar. Cavabdehin evinə cehiz əşyalarının yerləşdirilməsində iştirak etməmiş və tam olaraq hansı əşyaların olmasını bilmir. Cehizlərin bir hissəsini özü hazırlamış, həmçinin, hədiyyə olaraq alıb vermişdir. Toyda iştirak etmişdir. Təxmini olaraq 5-6 ədəd hamam dəsmalı, cüt nəfərlik 3-4 ədəd, tək nəfərlik isə 5-6 ədəd çarşaf və döşək üzü cehiz olaraq verilmişdir. Qızıla gəldikdə isə Ayşənə dəyərli qızıllar hədiyyə olunmuşdur. Tam olaraq sayını bilməsə də, təxmini barmaqlarının hamısına üzüklər taxılmışdır. Toydan 40 gün sonra Ayşən gilə qonaq getmişdir. Ayşənin dediyinə görə qızıllar qaynanası Minayədə olurmuş, toya və ya hər hansısa məclisə gedəndən-gedənə verirmiş. Ayşən o evdən çıxıb ata evinə gəldikdə özü ilə heç bir şey gətirməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, iddiaçı onun baldızının qızıdır. Qış ayı axşam vaxtı ərinə zəng gələrək bildirilmişdir ki, Ayşənin evində dava-dalaş var. Əri, o və Ayşənin qardaşı ilə gedib Ayşəni götürüb ata evinə gətirmişlər. Söz-söhbət daha da şiddətlənməsin deyə Ayşənin ata və anasının getməsinə icazə verməyiblər. Ayşəni ata evinə gətirərkən əynindəki ev paltarından başqa əlində heç bir əşyası yox idi, eləcə də, üstündə qızıl-zinət əşyası da olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - X8 Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında aparılmış araşdırmanın nəticəsinə dair arayışa əsasən, ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hər iki tərəflə profilaktiki söhbətlər aparılıb və onlara hüquqları izah edilib. Bacısının həyat yoldaşı Anar Şamilov və qohumları tərəfindən söyülüb təhqir edilməsi barədə polisə məlumat verilib. Anar Şamilovun izahatı: Həyat yoldaşının uşaqları ondan xəbərsiz götürüb getməsi səbəbindən Rəşadın evinə gedib və söz mübahisəsi yaranıb. Nəticədə tərəflərlə profilaktiki söhbətlər aparılıb, R.Əhmədova məhkəmə orqanlarına müraciət etmək hüququnun olması ilə bağlı rəsmi cavab məktubu yazılıb. -X14 tərəfindən xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Polis şöbəsinə ünvanladığı ərizədə “xx.xx.2023-cü il tarixdə yeznəm Anar və ailə üzvləri bizə gələrək münaqişə edib bizi söyüb təhqir etdilər. Xahiş edirəm həmin şəxslər barəsində ciddi tədbir görəsiniz”. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda, onun xx.xx.2023-cü il tarixli müraciətinin araşdırıldığı və X6 izahat alınıb profilaktiki söhbətlər aparıldığı bildirilir. Müraciətdə göstərilən xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunur. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(041)-1716/2025 saylı qətnaməsi ilə, X7 məxsus olan əşyalar: 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tort qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonaq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazıstolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba olmaqla Cavabdeh mülkiyyətində olan Kürdəmir rayonu, Aran qəsəbəsi, bina 22, 8 nömrəli mənzildən çıxarılaraq cavabdeh X7 təhvil verilməsi qət etmişdir. - Cavabdeh polis şöbəsində verdiyi izahatı: “X12 mənim gəlinimdir. oğlum hərbi hissədə işləyir. Gəlinim azyaşlı uşaqları ilə mənimlə yaşayır. 2024-cü ilin iyul ayında gəlinim özünə aid əşyalarını götürüb anası gilə getmişdir. Eşitdim ki, oğlumdan boşanmaq üçün məhkəməyə müraciət edib. xx.xx.2024-cü il tarixdə mən evdə olduğum halda gəlinim Ayşən evə gəldi uşaqların və özünəməxsus eləcədə, mətbəxdə bir neçə qazan əşyalarını götürüb getdi. Bildirirəm ki, özünəməxsus qızıl əşyalarını da Ayşən götürüb aparıb. Məndə ona məxsus heç bir qızıl əşyası yoxdur. Ərizə yazmaqda məqsədim odur ki, gələcəkdə məhkəməyə müraciət olunarsan mənim ona veriləsi heç bir əşyam yoxdur”. İş materiallarına eyni zamanda mediasiya arayışı, fotoşəkilər, dövlət rüsumunun ödəniş qəbzi və digər sənədlərin surətləri əlavə edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə araşdırması zamanı tələb edilən əmlakların bir hissəsinin cehiz əşyaları (şkaf yazı masası- 1 ədəd, uşaq dəsti mebeli (iki ədəd çarpayı, 2 ədəd matras), mikser tək 1 ədəd, uzun balaca balış - 2 ədəd, əl blenderi -1 ədəd, stəkan dəst -6 ədəd, hamam dəsmalı- 5 ədəd, əl-uz dəsmalı -5 ədəd, çay dəsmalı -5 ədəd, cüt nəfərlik pastel -2 ədəd, tək nəfərlik pastel- 2 ədəd), bir qisminin isə (kondinsioner 100 kvadrat -1 ədəd, paltaryuyan LG6 kq-1 ədəd, mikrodalgali soba-1 ədəd, televizor plazma 108 ekran- 1 ədəd, xalça-1 ədəd, lüstur 1 ədəd, blender dəst konbayin -1 ədəd, şirəçəkən- 1 ədəd) birgə nikah dövründə əldə edildiyi müəyyən edilmişdir. Tələb edilən qızıl zinət əşyalarına gəldikdə isə cavabdeh tərəfindən həmin qızılların iddiaçı tərəfindən aparıldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt- əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərt isə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin də mühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Məhkəmə bununla bağlı əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq hesab edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci sübutlar nəyi ifadə edir (sübutların məzmunu, təfsir), ikinci təqdim olunan sübutlar inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qaynanası iş üzrə Cavabdeh ilə bir evdə yaşamışdır. Bu halı Cavabdeh polis şöbəsində verdiyi izahatı ilə də təsdiq etmişdir. İddiaçı evindən könüllü deyil, ailədə yaranmış münaqişə nəticəsində telefonla çağırdığı dayısı, dayısı arvadı və qardaşı tərəfindən aparılmış və bununla bağlı polis şöbəsinə müraciət edilmişdir. İddiaçıya məxsus qızılların qayınanası tərəfindən alınaraq saxlanıldığı halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İlkin iddia tələbində göstərdiyi əşyaların bir qismi məhkəmə qətnaməsi ilə qaytarıldığı üçün həmin əşyaları siyahıdan çıxararaq iddia tələbinin azaldılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X6 iddiaçıya məxsus cehiz əşyaları- şkaf yazı masası- 1 ədəd, uşaq dəsti mebeli (iki ədəd çarpayı, 2 ədəd matras), mikser tək 1 ədəd, uzun balaca balış - 2 ədəd, əl blenderi -1 ədəd, stəkan dəst -6 ədəd, hamam dəsmalı- 5 ədəd, əl-uz dəsmalı -5 ədəd, çay dəsmalı -5 ədəd, cüt nəfərlik pastel -2 ədəd, tək nəfərlik pastel- 2 ədəd, qızıl-zinət əşyaları: komplekt dəsti sırğa-15 qr, üzük-7 qr.-583 əyar rus qızılı, İtalyan sep - 30 qr. İtalyan qolbaq 15 qr) -750 əyar, 1 ǝd sep - 10 qr.-583 əyar- rus qızılı. 1 əd qolbaq - 6 qr.- 583 əyar-rus qızılı, nişan üzüyü - 5 qr.-583 əyar-rus qızılı, üzük - 6 qr-583 əyar-rus qızılı, üzük - 7 qr-583 əyar -rus qızılı, qızıl sep (uşaq üçün) - 4 qr.-583 əyar -rus qızılı, özləri olmadıqda orta bazar qiymətləri həcmində dəyərləri tam şəkildə, birgə nikah dövründə alınmış: kondinsioner 100 kvadrat -1 ədəd, paltaryuyan LG6 kq-1 ədəd, mikrodalgali soba- 1 ədəd, televizor plazma 108 ekran- 1 ədəd, xalça-1 ədəd, lüstur 1 ədəd, blender dəst konbayin -1 ədəd, şirəçəkən- 1 ədəd olmaqla onların dəyərinin ½ hissəsi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 40 manat dövlət rüsumu, 60 manat mediasiya xərci ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 100 manat məhkəmə xərcinin 50 manatı iddiaçıya, 50 manatı cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X6 iddiaçıya məxsus cehiz əşyaları- şkaf yazı masası- 1 ədəd, uşaq dəsti mebeli (iki ədəd çarpayı, 2 ədəd matras), mikser tək 1 ədəd, uzun balaca balış - 2 ədəd, əl blenderi -1 ədəd, stəkan dəst -6 ədəd, hamam dəsmalı- 5 ədəd, əl-uz dəsmalı -5 ədəd, çay dəsmalı -5 ədəd, cüt nəfərlik pastel -2 ədəd, tək nəfərlik pastel- 2 ədəd, qızıl-zinət əşyaları: komplekt dəsti sırğa-15 qr, üzük-7 qr.-583 əyar rus qızılı, İtalyan sep - 30 qr. İtalyan qolbaq 15 qr) -750 əyar, 1 ǝd sep - 10 qr.-583 əyar- rus qızılı. 1 əd qolbaq - 6 qr.-583 əyar-rus qızılı, nişan üzüyü - 5 qr.-583 əyar-rus qızılı, üzük - 6 qr-583 əyar-rus qızılı, üzük - 7 qr-583 əyar -rus qızılı, qızıl sep (uşaq üçün) - 4 qr.-583 əyar -rus qızılı, özləri olmadıqda orta bazar qiymətləri həcmində dəyərləri tam şəkildə, birgə nikah dövründə alınmış: kondinsioner 100 kvadrat -1 ədəd, paltaryuyan LG6 kq-1 ədəd, mikrodalgali soba-1 ədəd, televizor plazma 108 ekran- 1 ədəd, xalça-1 ədəd, lüstur 1 ədəd, blender dəst konbayin -1 ədəd, şirəçəkən- 1 ədəd olmaqla onların dəyərinin isə ½ hissəsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar