Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-411/2024 05.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, ilk İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın cavabdeh valideynin himayəsinə qaytarılması və alimentin həcminin artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onların rəsmi nikahlarından olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 onun himayəsinə və tərbiyəsinə qaytarılması, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı qarşı iddia tələbi qismən təmin olunmuşdur. Qətnamə ilə övladları Emin və Mehinin yetkinlik yaşlarınqa çatana kimi İddiaçı hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılmasını istəyir. Ona görə də xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 onun himayəsinə və tərbiyəsinə verilməklə onun yanında qalması və övladları Emin və Mehinin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən olunmuş alimentin həcminin artırılmaqla hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etimişdir. Məhkəmə iclasında ilk İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək göstərdi ki, İddiaçı iş üzrə Cavabdeh ilə 2017-ci ildə el adəti ilə evlənmiş, nikahlarını isə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Onların rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Onlar bir müddət mehriban yaşadıqdan sonra Cavabdeh yaşadıqları evi valideyninin iştirakı ilə tərk edib çıxıb getmiş və gedərkən xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8, özünə, uşaqlara məxsus sənədləri, qızıl-zinət və digər əşyalarını aparmışdır. Bir neçə gündən sonra X10 anası Ayselin himayəsində olduğu vaxtda onunla pis davrandığı üçün, ona psixi və fiziki şiddət göstərdiyi üçün 2022-ci ilin sentyabr ayında anasının yanından qaçaraq atası Elzivarın yanına gəlmişdir. Daha sonra Elzivar Ayselin qardaşı Rüstəmə zəng edərək yas mərasimi olduğu üçün Emini müvəqqəti anasının yanına aparmasını xahiş etmiş və Rüstəm də Emini anası Ayselin yanına aparmışdır. Emin həmin gündən məhkəmə aktı qəbul ediləndən əvvəl, yəni məhkəmənin hazırlıq iclasında Emin atası Elzivarı məhkəmədə görüb ağlayaraq onun yanına gəlmiş və anasının ona şiddət göstərdiyinə görə atasının yanında qalmaq istədiyini bildirmiş və həmin vaxtdan da atası Elzivarın yanında yaşayır. Onların rəsmi nikahlarından xx.xx.2020-ci ll tarixdə doğulmuş Mehin isə anasının himayəsində olmaqla, onunla birlikdə yaşayır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 24 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən təyin edilmiş alimentin ödənilməsi ilə bağlı İddiaçı 1920 manat aliment borcu yaranmış və buna görə hazırda onun himayəsində yaşayan xx.xx.2018-ci il təvəllüdlü X3 maddi çətinlik çəkir. Bu səbəbdən İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat məbləğində alimentin tutulub ona verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ilk iddia tələbinin təmin edilməklə İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini mürafiə edərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində aralarında olan nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı oğlu Eminin atasını görüb onun yanına qaçması və onunla qalmaq istəməsini bildirməsi və həmin vaxtdan Eminin onun yanında qalması ilə əsaslandırmağa çalışmışdır. Əslində isə İddiaçı oğlu Emini həmin tarixdə məhkəmədən götürüb qaçıraraq özü ilə saxlayır. Oğlu Eminin onun yanında saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdehdən Emini ona qaytarmasını dəfələrlə tələb etsə də o, Emini qaytarmaqdan imtina etmiş, ümumiyyətlə onun oğlu Eminlə görüşməsinə imkan verməmişdir. Cavabdehin hazırda qanunsuz olaraq yanında saxladığı oğlu Eminin ona qaytarılmasını istəyir. Ona görə də xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 onun himayəsinə və tərbiyəsinə qaytarılması, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən olunmuş alimentin həcminin artırılmaqla hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 283987 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından X10 xx.xx.2018-ci il tarixdə, X7 isə xx.xx.2020-ci il tarixdə doğulmuşlar. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 24 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 anaları Cavabdeh yanında saxlanılmış və xx.xx.2018-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-157/2024 nömrəli qətnamədən görünür ki, İddiaçı Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı alimentin tutulması və qətnamənin həmin hissəsinin dərhal icraya yönəldilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X10 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi və alimentin tutulması X6 anası Cavabdeh verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsinə əsasən X5 ilə Cavabdeh oğlunun birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 anaları Cavabdeh yanında saxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)- 157/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edildiyinə görə qarşılıqlı iddia tələbinin xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 Cavabdeh himayəsinə və tərbiyəsinə verilməsi hissəsində xitam verilməklə qərardad qəbul ediliməlidir. Məhkəmə ilk iddiaçının nümayəndəsi və vəkilinin və ilk iddia üzrə cavabdehin izahatlarını dinləyib, habelə işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh ilə 2017-ci ildə el adəti ilə evlənmiş, nikahlarını isə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Onların rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Onlar bir müddət mehriban yaşadıqdan sonra Cavabdeh yaşadıqları evi valideyninin iştirakı ilə tərk edib çıxıb getmiş və gedərkən xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8, özünə, uşaqlara məxsus sənədləri, qızıl-zinət və digər əşyalarını aparmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində aralarında olan nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı İddiaçı oğlu Emini həmin tarixdə məhkəmədən götürüb qaçıraraq özü ilə saxlayır. Qarşılıqlı iddia üzrə iddiaçı oğlu Eminin onun yanında saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdehdən Emini ona qaytarmasını dəfələrlə tələb etsə də cavabdeh Emini qaytarmaqdan imtina etmiş, ümumiyyətlə onun oğlu Eminlə görüşməsinə imkan verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 onun himayəsinə və tərbiyəsinə qaytarılması, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən olunmuş alimentin həcminin artırılmaqla hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh Bayramov İddiaçı Aysel Saməli qızı ilə rəsmi nikahlarından olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün ilk iddia üzrə Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk İddiaçı Böyükkiş oğlu ilə ilk iddia üzrə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılması barədə məhkəmənnin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü E.İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı özü ilə aparıb saxlamaqla onu anasına qaytarmamasını qanuni qüvvəyə minmiş qətnamə üzrə təyin edilmiş alimenti ödəməkdən boyun qaçırması kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın iddiaçı valideynin himayəsinə qaytarılması və alimentin həcminin artırılması tələbi qismən təmin elməklə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək artırılmalı, qarşılıqlı iddia tələbinə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında aliment tələb etsə də o, cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər uşağa görə sabit pul məbləğində ödənilən 120 manat alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Emin və Mehin adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh İddiaçı maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il təvəllüdlü X6 atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi vaxtdan başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat aliment tutularaq Cavabdeh verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən cavabdeh İddiaçı ödəniləcək illik alimentin həcminə görə 70,8 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin.
2. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X6 atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi vaxtdan başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat aliment tutularaq Cavabdeh ödənilsin. İddiaçı ödəniləcək illik alimentin həcminə görə 70,8 (yetmiş manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov