Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-419/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil oğlnun və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz sahibliyində və istifadəsində olan qızıl-zinət və cehiz əmlakının və ya onların pul ilə bazar qiymətinə uyğun olaraq dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə qeyd etdirib evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. İddiaçı birinci ərindən 2004cü ildə boşanmış, Cavabdeh iddiaçının ikinci əridir. İddiaçı birinci ərindən olan 2 uşaqlarını da götürüb ikinci əri olan cavabdehin evinə gəlin köçüb orada yaşamağa başlamışdır. Həmin vaxt qızı Sona nişanlı olduğu üçün özünə məxsus cehiz və qızıl-zinət əşyalarını da cavabdeh Alikin evinə yığmışlar. İddiaçının cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin zaman keçdikcə cavabdehin iddiaçıya qarşı münasibəti dəyişməyə başlamışdır. Belə ki, cavabdeh tez-tez iddiaçını təhqir edib döymüş, lakin iddiaçı ailəsinin dağılmaması üçün bütün təhqirlərə və işgəncələrə dözsə də, cavabdeh əri aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarına əsasən aralrında olan nikah pozulmuşdur. Bundan sonra iddiaçı övladları ilə birlikdə Bakı şəhərinə köçmüş və hazırda Bakı şəhərində yaşayırlar. Cavabdehlə evlənib onun evinə gəlin köçərkən özü ilə apardığı cehiz əşyaları – 1500 manat dəyərində 1 ədəd stenka 5 göz mebel, 100 manat dəyərində 1 ədəd termo, 300 manat dəyərində 1 ədəd divan və 2 ədəd kreslo, 150 manat dəyərində 1 ədəd taxt, 60 manat dəyərində 1 ədəd sandıq, 500 manat dəyərində 1 ədəd televizor, 150 manat dəyərində 6 ədəd stul, 200 manat dəyərində 5 dəst yorğan-döşək, 150 manat dəyərində 10 ədəd böyük yastıq, 110 manat dəyərində 6 ədəd başaltı, hər birinin qiyməti 100 manat olan cəmi 400 manat dəyərində 4 ədəd xalça, 20 manat dəyərində 1 ədəd ədyal, 18 manat dəyərində 1 ədəd maçalka yorğan, cəmi 40 manat dəyərində 1 ədəd kapsella pərdə, 100 manat dəyərində 1 ədəd yemək servizi, 50 manat dəyərində 3 dəst çay servisi, 10 manat dəyərində 3 ədəd güldan, 8 manat dəyərində 2 ədəd meyvə qabı, hər birinin qiyməti 15 manat, cəmi 90 manat dəyərində 4 dəst bakal, hər birinin qiyməti 5 manat, cəmi 70 manat dəyərində 14 ədəd qənd qabı, 10 manat dəyərində 1 ədəd böyük çaynik, hər birinin dəyəri 5 manat, cəmi 30 manat dəyərində 6 ədəd tort qabı, hər biri 10 manat, cəmi 100 manat dəyərində 10 ədəd döşək, 15 manat dəyərində 2 ədəd xrustal rumka, 18 manat dəyərində 20 ədəd limon qabı, 30 manat dəyərində 1 dəst suvenir qabı, hər birinin qiyməti 5 manat, cəmi 20 manat dəyərində 4 dəst qrafin, 10 manat dəyərində 3 çaşka qabı, hər birinin qiyməti 1 manat, cəmi 50 manat dəyərində 50 ədəd boşqab, hər dəstin qiyməti 6 manat, cəmi 30 manat dəyərində 5 dəst su bakalı, hər dəstin qiyməti 7 manat, cəmi 35 manat dəyərində 5 dəst nəlbəki, hər dəstin qiyməti 7 manat, cəmi 21 manat dəyərində 3 dəst armudu nəlbəki, 20 manat dəyərində 20 ədəd pendir boşqabı, 30 manat dəyərində 30 ədəd salat boşqabı, 40 manat dəyərində 50 ədəd xörək qaşığı, 35 manat dəyərində 50 ədəd çay qaşığı, 200 manat dəyərində qazan dəsti, 350 manat dəyərində 1 ədəd yemək qızdıran, 50 manat dəyərində 1 ədəd çörək peçi, 20 manat dəyərində 1 ədəd ütü, 25 manat dəyərində 1 ədəd güldan, 30 manat dəyərində gülləri ilə birlikdə, hər biri 10 manat, cəmi 30 manat dəyərində 3 ədəd teşt, 7 manat dəyərində 1 ədəd dəmir vedrə, hər birinin qiyməti 150 manat dəyərində 3 ədəd çil-çıraq, metrəsi 4 manat olmaqla, cəmi 48 manat dəyərində 1 ədəd karniz, hər birinin qiyməti 9 manat, cəmi 63 manat dəyərində 7 ədəd süfrə, hər birinin qiyməti 3 manat, cəmi 30 manat 10 ədəd çay dəsmalı, hər birinin qiyməti 10 manat, cəmi 50 manat dəyərində 5 ədəd tək pərdə, 100 manat dəyərində 1 ədəd balaca soyuducu, 100 manat dəyərində 1 ədəd balaca DVD, hər birinin qiyməti 25 manat, cəmi 250 manat dəyərində 10 dəst pastel, 45 manat dəyərində 10 metrlik 1 ədəd pastellik top parça, hər biri 5 manat, cəmi 40 manat dəyərində 8 ədəd dəsmal, hər biri 10 manat, cəmi 30 manat dəyərində 3 ədəd qətvə, 40 manat dəyərində süfrə, 500 manat dəyərində 1 ədəd şuba, 30 manat dəyərində 1 ədəd kurtka, 30 manat dəyərində 1ədəd böyük salvar tarama, hər biri 20 manat, cəmi 80 manat dəyərində qızına məxsus 4 ədəd ayaqqabı, 20 manat dəyərində dəyərində qızına məxsus 1 ədəd pencək, 40 manat dəyərində qızına məxsus 1 ədəd don, 20 manat dəyərində qızına məxsus 1 ədəd sumka, hər biri 12 manat, cəmi 108 manat dəyərində qızına məxsus 9 ədəd kofta, hər biri 20 manat, cəmi 60 manat dəyərində 3 ədəd qəfədan, 18 manat dəyərində1 ədəd aşsüzən, özünə və qızına məxsus olan qızıl-zinət əşyaları – 900 manat dəyərində 1 dəst 583 əyarlı 9 qram boyunbağı və klon, 1200 manat dəyərində 1 ədəd 583 əyarlı 13 qram qolbağ üzük, 400 manat dəyərində 583 əyarlı 5 qram qadın nişan üzüyü, 350 manat dəyərində qızına məxsus 1 ədəd 585 əyarlı 4 qram qadın üzüyü, 250 manat dəyərində qızına məxsus 1 ədəd 585 əyarlı 3 qram çırğa cavabdehin evində qalmışdır. O, cavabdehin evində qalan özünə və qızına məxsus olan qızıl və cehiz əşyalarını tələb edir. Ona görə də cavabdehin qanunsuz sahibliyində və istifadəsində olan qızıl-zinət və cehiz əmlakının və ya onların pul ilə bazar qiymətinə uyğun olaraq dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə nikahlarını qeyd etdirməklə İddiaçı ilə evlənib ailə qurmuşdur. İddiaçı əvvəlki ərindən boşanmaqla onun ikinci arvadı olmuş və onlar evlənib ailə qurarkən heç bir nişan və toy olmamış və o, iddiaçıya heç bir qızıl-zinət əşyası almamışdır. O, iddiaçı ilə ər-arvad bir yerdə yaşadıqları müddətdə uşaqları olmamışdır. İddiaçı onun ikinci arvadı olmaqla onun evinə gələrkən əvvəlki ərindən olan uşaqlarını və birinci əri ilə evlənərkən onun evinə apardığı özünə məxsus istifadə olunmaqla köhnəlib yararsız hala düşmüş cehizlərini də onun evinə gətirmişdir. İddiaçı ilə 2018-ci ilə kimi Sığırlı kəndindəki evində yaşayandan sonra 2018-ci ildə Bakı şəhərinə köçərək orada kirayə tutduqları evdə yaşamışlar. Bakı şəhərinə köçərkən iddiaçı özünə məxsus olan cehizlərinin bir hissəsini kirayə yaşadıqları evə aparmışdır. İddiaçının birinci ərindən olan uşaqları kollecdə oxumaqla onların qızıl-zinət əşyalarının olmasından heç bir məlumatı olmamış və onlara məxsus qızılların onda olması iddiaçı tərəfindən ona atılan böhtandır. Təxminən 6 ilə yaxın iddiaçı və onun birinci ərindən olan qızları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayandan sonra onunla yaşaya bilmədiyinə görə o, xx.xx.2023-cü ildə iddiaçıdan ayrılaraq özü kirayədə qaldıqları evdən çıxıb Kürdəmir rayonunun Sığırlı kəndindəki evinə qayıtmış və hazırda da öz evində yaşayır. İddiaçı ilə kirayədə yaşadıqları evdə özünə məxsus heç bir əmlakı olmamış və kirayə qaldıqları evdən çıxanda özü ilə heç bir əmlak götürməmişdir. İddiaçı isə əvvəlki ərindən olan uşaqları ilə birlikdə Bakı şəhərində kirayə qaldıqları evdə yaşayırlar. Hazırda onun Kürdəmir rayonunun Sığırlı kəndindəki evində iddiaçıya məxsus olan köhnə mebel dəsti, 1 ədəd güldan, çaynik, yemək qızdıran, 1 ədəd böyük güldan, 1 ədəd teşt, 1 ədəd balaca soyuducu, 6 ədəd stul qalmış, qalan əşyaları isə hazırda iddiaçının özünün əvvəlki ərindən uşaqları ilə birlikdə yaşadığı Bakı şəhərində kirayədə qaldıqları evdədir. Ona görə də iddia tələbinin hazırda onun Sığırllı kəndində qalan iddiaçıya məxsus olan əmlaklara aid hissədə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun bacısıdır. Zeyvər 2012-ci ildə Cavabdeh ilə evlənib ailə qurmuşdur. Cavabdeh bacısı ilə evlənəndə ona qızıl sep, üzük vermişdir. Onlar ər-arvad bir yerdə yaşadıqları müddətdə uşaqları olmamışdır. Zeyvər Aliklə evlənəndə özünə məxsus cehizlərini da özü ilə aparıb Alikin evinə yığmış və digər qardaşları ilə birlikdə Zeyvərə sırğa, sep və qolbağ alıb vermişlər. X8 ər-arvad birlikdə yaşadıqları müddətdə Alik onun qızıllarını satıb özünə məxsus olan texnikasını düzədltdirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı vəkili Vəkil təqdim etdiyi fotoşəkilləri və iddia ərizəsinə əsasən qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair Qiymətləndirici zərgər X6 xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 9 qram 583 əyarlı boyunbağı və kulon bazar dəyəri 900 manat, 13 qram 583 əyarlı qolbağ bazar dəyəri 1200 manat, 5 qram 583 əyarlı qadın nişan üzüyü bazar dəyəri 400 manat, 4 qram 585 əyarlı qadın üzüyü bazar dəyəri 350 manat, 3 qram 585 əyarlı çırğa (qızının qulağındakı sırğa) bazar dəyəri 250 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə iş materiallarına əlavə edilmis sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə qeyd etdirib evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. İddiaçı birinci ərindən 2004-cü ildə boşanmış, Cavabdeh iddiaçının ikinci əridir. İddiaçı birinci ərindən olan 2 uşaqlarını da götürüb ikinci əri olan cavabdehin evinə gəlin köçüb orada yaşamağa başlamışdır. Həmin vaxt qızı Sona nişanlı olduğu üçün özünə məxsus cehiz və qızıl-zinət əşyalarını da cavabdeh Alikin evinə yığmışlar. İddiaçının cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin zaman keçdikcə cavabdehin iddiaçıya qarşı münasibəti dəyişməyə başlamışdır. İddiaçı ilə cavabdeh 2018-ci ilə kimi Sığırlı kəndində cavabdehə məxsus olan evdə yaşayandan sonra 2018-ci ildə Bakı şəhərinə köçərək orada kirayə tutduqları evdə yaşamışlar. Bakı şəhərinə köçərkən iddiaçı özünə məxsus olan cehizlərinin bir hissəsini kirayə yaşadıqları evə aparmışdır. İddiaçının birinci ərindən olan uşaqları kollecdə oxumaqla onların qızıl-zinət əşyalarının olmasından cavabdehin heç bir məlumatı olmamış və onlara məxsus qızılların onda olması iddiaçı tərəfindən cavabdehə atılan böhtandır. Cavabdeh təxminən 6 ilə yaxın iddiaçı və onun birinci ərindən olan qızları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayandan o, xx.xx.2023-cü ildə iddiaçıdan ayrılaraq özü kirayədə qaldıqları evdən çıxıb Kürdəmir rayonunun Sığırlı kəndindəki evinə qayıtmış və hazırda da öz evində yaşayır. İddiaçı ilə kirayədə yaşadıqları evdə özünə məxsus heç bir əmlakı olmamış və cavabdeh kirayədə qaldıqları evdən çıxanda özü ilə heç bir əmlak götürməmişdir. İddiaçı isə hazırda əvvəlki ərindən olan uşaqları ilə birlikdə Bakı şəhərində kirayə qaldıqları evdə yaşayırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində Cavabdeh ilə evlənənda cavabdeh tərəfindən ona hər hansı bir qızıl-zinət əşyasının verilməsini, həmçinin cavabdeh Bakı şəhərində kirayədə yaşadıqları müddətdə münasibətləri pozulub cavabdeh evdən çıxıb gedərkən iddiaçıya və birinci ərindən olan qızına məxsus olan qızıllarını özü ilə aparmasını göstərsədə o, qızılların cavabdeh tərəfindən aparılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı qardaşı X4 bacısı Zeyvərlə Cavabdeh ilə evlənərkən cavabdeh tərəfindən bacısı Zeyvərə qızıl sep üzük verdiyini, özünün isə digər qardaşları ilə birlikdə Zeyvərə sırğa, sep və qolbağ aldıqlarını göstərsə də, lakin həmin qızılların markası, çəkisi və qiyməti barədə məhkəməy dəqiq ifadə verə bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahid X2 məhkəmədə verdiyi ifadəsini iş üzrə iddiaçı olan bacısı İddiaçı müdafiə etməsi qiki qiymətləndirir. İş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş subutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh evlənib 2018-ci ilə kimi cavabdehə məxsus Sığırlı kəndindəki evində yaşayandan sonra 2018-ci ildə birlikdə Bakı şəhərinə köçərək xx.xx.2023-cü il tarixə kimi Bakı şəhərində iddiaçı və onun birinci ərindən olan qızları ilə birikdə kirayədə yaşamışlar. Onlar Bakı şəhərinə köçərkən iddiaçı özü ilə cehiz kimi gətirdiyi əmlakların bir hissəsini Bakı şəhərindəki kirayə qaldıqları evə aparmış, köhnə mebel dəsti, 1 ədəd güldan, 1 ədəd çaynik, 1 ədəd yemək qızdıran, 1 ədəd böyük güldan, 1 ədəd teşt, 1 ədəd balaca soyuducu, 6 ədəd stuldan ibarət əmlakları isə Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən cavabdehə məxsus evdə qalmışdır. Cavabdeh iddiaçı və onun birinci ərindən olan qızları ilə birlikdə Bakı şəhərində kirayə qaldıqları evdən xx.xx.2023-cü il tarixdə çıxmış və o, həmin evdən çıxarkən özü ilə heç bir əmlak, yəni iddiaçıya məxsus olan qızıl və onun qızlarına məxsus olan qızıl əşyası və ya digər əşya götürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh Kürdəmir rayonunun Sığırlı kəndindəki evində qalması sübut olunan İddiaçı məxsus oğlu köhnə mebel dəsti, 1 ədəd güldan, çaynik, yemək qızdıran, 1 ədəd böyük güldan, 1 ədəd teşt, 1 ədəd balaca soyuducu, 6 ədəd stulun özləri, həmin əmlaklar olmadıqda isə onların pul ilə bazar qiymətinə uyğun olaraq dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh köhnə mebel dəsti, 1 ədəd güldan, çaynik, yemək qızdıran, 1 ədəd böyük güldan, 1 ədəd teşt, 1 ədəd balaca soyuducu, 6 ədəd stulun özləri, həmin əmlaklar olmadıqda isə onlarınpul ilə bazar qiymətinə uyğun olaraq dəyəri alınıb iddiaçı X1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-419/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-419/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver