Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-629/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlhşam oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Tufan M50“ markalı moped nəqliyyat vasitəsi “Changan F70“ markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********595 saylı sığorta şəhadətnaməsindən və 124359 saylı sığorta aktından görünür ki, “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərbaycan Avtomobil Evi“ MMC servisi tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan və elektron qaimədən görünür ki, “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6884,51 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və 12965 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığortalanmış “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat azad olma məbləği ilə birlikdə 6684,51 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 338.4.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 200 manat azadolma məbləği çıxılmaqla qalan 6684,51 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də Cavabdeh “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6684,51 manat pulun və ödənilmiş 87 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı Sığorta Şirkətinə lazımi qaydada məlumat verilmiş, İddiaçı Sığorta Şirkətin səlahiyyətli nümayəndəsi X2 “Elektron Məhkəmə“ sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərib mülki işə onların iştirakı olmadan baxılmaqla iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində “Tufan M50“ markalı mopedin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.4.7-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP5588839 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində AR İXM-nin 338.4.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 124359 nömrəli Sığorta aktının surətindən görünür ki, “Azərbaycan Avtomobil Evi“ MMC tərəfindən sığortalanmış “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə “Azərbaycan Avtomobil Evi“ MMC-yə 6884,51 manat sığorta məbləği ödənilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Tufan M50“ markalı moped nəqliyyat vasitəsi “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********595 saylı sığorta şəhadətnaməsindən və 124359 saylı sığorta aktından görünür ki, “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərbaycan Avtomobil Evi“ MMC servisi tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan və elektron qaimədən görünür ki, “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6884,51 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və 12965 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığortalanmış “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinəgörə 200 manat azadolma məbləği ilə birlikdə 6684,51 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 338.4.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarında göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 6684,51 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçən şəxsə ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC həmin məbləğdə pulu Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6684,51 manat pulun və ödənilmiş 87 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Changan F70“ markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6684,51 manat pulun və ödənilmiş 87 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-629/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-629/2024
03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver