Məhkəmə qərarları › İş №e-2(042)-334/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-334/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-334/2024 03.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 5 aylıq hamiləlik dövrünə kimi onun tərəfindən çəkilmiş xərcin, 416.96 manat vəsaitin yarısının 208.48 manat pulun və hamiləliyin sonuna kimi(xəstəxana, dərman və doğuş xərcləri olmaqla) hər ay cavabdehdən 100 manat əlavə xərcin, 50 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 6 aylıq hamiləlik dövrünə kimi onun tərəfindən çəkilmiş xərcin, 801.38 manat vəsaitin yarısının 400.69 manat pulun və hamiləliyin sonuna kimi(xəstəxana, dərman və doğuş xərcləri olmaqla) hər ay cavabdehdən 150 manat əlavə xərcin, 50 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki,idddiaçı İddiaçı ilə Cavabdeh 12 yanvar 2023-cü il tarixdə ailə həyatı qurmuşlar. Ailə həyatı qurandan sonra tərəflərin bir müddət münasibətləri yaxşı olmuşdur. Lakin iddiaçının hamiləliyi dövründə münasibətləri pozulmuşdur. Cavabdeh və valideynləri iddiaçıya təzyiq göstərərək uşağı aldırmağını istəmişlər. Lakin iddiaçı buna etiraz etdikdən sonra ona qarşı münasibət daha kəskin hal almışdır. İddiaçı uşağa qarşı qəsdin olmasını gördükdən sonra sağlam şəkildə uşağını dünyaya gətirmək üçün cavabdehdən ayrılmışdır. Hazırda nikahları pozulmamışdır. İddiaçıda beşaylıq hamiləlik var. Hamilə olmağına barmayaraq, cavabdeh bir dəfə də olsun, doğulacaq olan övladının xəstəxana xərcləri ilə maraqlanmamışdır. Hazırda və növbəti aylarda hamiləliyin kəskin dövrü başlayır, hər ay həkim müayinəsinə getmək və hamiləliklə bağlı dərman vasitələrinin alınması zərurəti vardır. Artıq bir neçə aylardır ki, xəstəxana və dərman xərclərini iddiaçı çəkir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmiş, iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasnı xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətindən görünür ki,Cavabdeh ilə X2 12 yanvar 2023-cü il tarixdə nikah bağlamışlar.Nikah bağlandıqdan sonra arvad Ələkbərova soyadını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər Beləliklə, cavabdehdən əlavə xərclərin tutulması uşağın faktiki olaraq doğulması və digər əsaslarla şərtləndirilmişdir və mübahisə üzrə bu əsaslar müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar