Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-833/2023 05.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Cavabdeh 5425 manat sığorta ödənişi məbləğinin və 74.25 manat dövlət rüsumunun ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C230” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz C230” MARKALİ, **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 yüngül xəsarət vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4675 manat, X1 vurulan yüngül xəsarətə görə 750 manat, ümumillikdə 5425 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sabunçu RPİ DYPŞ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərinin ardan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Həmçinin hadisə ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokolda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz C230” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından mateerial üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 Sabunçu Rayon Şöbəsinin 280 nömrəli rəyindən görünür ki,xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X4 yüngül zərər dəymişdir. İşdə olan Sabunçu Rayon Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində yol-nəqliyyat hadisəsi törədərək, X3 özünə və sağlamlığına yüngül zərər vurmuşdur. İşdə olan hesablama cədvəlindən görünür ki,X4 məxsus “VAZ21214” markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumillikdə 4675 manat məbləğində pul vəsaiti ayrılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 002980 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs X4 750 manat məbləğində ödəniş edilmişdir. İşdə olan digər xx.xx.2020-ci il tarixli, 002979 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs X4 4675 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclasında iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C230” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz C230” MARKALİ, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21214” markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 yüngül xəsarət vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4675 manat, X1 vurulan yüngül xəsarətə görə 750 manat, ümumillikdə 5425 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sabunçu RPİ DYPŞ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərinin ardan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Həmçinin hadisə ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokolda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 5499.25 manat məbləğində pul vəsaiti alınaraq, "xxxx" ASC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5425 manat sığorta ödənişi və 74.25 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5499.25 manat alınaraq, "xxxx" ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-833/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-833/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver