Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-978/2022 10.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMMCnin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xx.xx.2019-cu il –xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binaın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022- ci il tarixinə kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 387,20 (üç yüz səksən yeddi, 20 qəpik) manat borc məbləği, həmçinin 30,40 (otuz, 40 qəpik) manat məhkəmə rüsumu ödənişi məbləği, cəmi 417,60 (dörd yüz on yeddi, 60 qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi və xx.xx.2022-ci il tarixindən bina 2a №12 saylı 3 (2ç) otaqlı mənzilin mülkiyyətçisi olduğu sonrakı dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş mütləq məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğlərinin alınaraq "xxxx" MMMC-ə ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 9 saylı notariat bürosunda imzalanmış xx.xx.2015 il tarixli etibarnamə ilə cavabdehi təmsil edən X3 tərəfindən verilmiş məlumata əsasən, Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllədə yerləşən kooperativ 2a binanın №12 saylı 3 otaqlı mənzili mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Hazırda xx.xx.2019-ci il – xx.xx.2021-ci il tarixlərdə kooperativ 2a binanın əmlakının saxlanılması və idarə olunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 387,20 manat borc məbləği, həmçinin 30,40 manat məhkəmə rüsumu, cəmi 417,60 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 865-ci məhəllədə ayrılmış 2855,2 m ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b kooperativ yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X5 İcrayyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx"xxxx"xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində №1835180 sayla qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5 maddəsinə edilmiş dəyişikliyi nəzərə alaraq "xxxx"nın kooperativ 2a, 2b binalarının mənzil mülkiyyətçiləri 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir."xxxx"xxxx"xxxx" MMMC Qeyri-Kommersiya Təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərrbaycan Resupublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdililərək 30 sentyabr 2021-ci il tarixində Qeyri- Kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) Qeyri-Kommersiya Təşkilatının əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. MMMC-nin fəaliyyətinin predmeti və məqsədi yuxarıda göstərilən ünvanda yerləşən kooperativ 2a, 2b yaşayış binalarının ümumi əmlakının saxlanılması və istismarından, yəni, binaların təmiri, lift qurğularının istismarı və təmiri xərcləri, binaların zirzəmilərindən keçən su-qaz-istilik və kommunikasiya sisteminin işlək vəziyyətdə saxlanması, zirzəmilərdən keçən kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanılması və təmiri, blokların və həyətyanı sahələrinin sanitariyası, bloka giriş sahələrin işıqlandırılmasından ibarətdir. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir Borclular sırasında xx.xx.2020-ci il tarixinə Cavabdeh məxsus olan bina 2a №12 saylı mənzil üzrə 110,00 manat borc qeydə alınmışdır. “Nərimanov-29 MMMC-nin mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında, MMMC-nin balansına verilmiş kooperativ 2a və 2b binaların ümumi əmlakının saxlanılması ilə bağlı mütləq məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. "xxxx" 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında mənzil mülkiyyətçilərinin və ya sahiblərinin aylıq tariflərlə ödənişlərin edilməməsi və yaranmış borcların qanunvericilik qaydasında alınması idarə heyyətinin sədrinə və idarə heyyətinin üzvlərinə tapşırılsmışdır. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında seçilmiş İdarə Heyyəyinin üzvlərinin xx.xx.2022-ci il tarixində Nəzarət-Təftiş üzrə müfəttişlə birgə keçirilmiş iclasında mənzil mülkiyyətçilərinin xx.xx.2022-ci tarixinə yaranmış borcları təsdiq edilmişdir. Borclular sırasında xx.xx.2022-ci il tarixinə Cavabdeh mülkiyyətində olan bina 2a №12 saylı 3(üç) otaqlı mənzil üzrə 387,20 (üç yüz səksən yeddi, 20 qəpik) manat məbləğində borcu qeydə alınmışdır. 2020-2021-ci il tarixi dövrlərində mütəmadi olaraq Cavabdeh təmsilçisi, İdarə Heyyətinə etibarnamə ilə özünü mənzil mülkiyyətçisi kimi təqdim etmiş X4, Cavabdeh mülkiyyətində olan bina 2a №12 saylı 3 (üç) otaqlı mənzil üzrə borcunın olması ilə bağlı telefon vasitəsilə şifahi, həmçinin On-line SMS, whatsApp sistemləri vasitəsilə məlumatlandırılmışdır. Lakin, Cavabdeh təmsilçisi yaranmış borcunu ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İşdə olan Protokoldan görünür ki, "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) Cavabdeh xx.xx.2019-ci il – xx.xx.2021-ci il tarixlərdə kooperativ 2a binaın əmlakın saxlanılması və idarəolunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə 387.2 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.9-ci maddəsinə əsasən mənziltikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri Mənzil qanunvericiliyi tənzimləyir. Həmin Məcəllənin 8.0-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 8.0.5-ci maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Məcəllənin 29.3-ci maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məcəllənin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Məcəllənin 119.2-ci şmaddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məcəllənin 135.2.3-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 865-ci məhəllədə yerləşən “Nərimanov-29" MMMC-nin balansında olan kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzili mülkiyyət hüququnda cavabdeh X2 mənsubdur. "xxxx" MTK-nın MMMC-nin abreviaturası "Nərimanov-29” MMMC abreviaturasına dəyişdirilərək xx.xx.2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. Mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir. Borclular sırasında xx.xx.2019-ci il – xx.xx.2021-ci tarixinə vətəndaş X1 mülkiyyətində olan kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə 59,30 manat borc, cəmi 107,60 manat məbləğində borc qeydə alınmışdır. Yığıncaqda 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixində X7-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında xx.xx.2021-ci il tarixinə kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə 387.2 manat məbləğində borc qeydə alınmışdır. Həmin məbləğ cavabdehdən tələb edilsə də, cavabdeh borcu ödəməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il –xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 387,20 (üç yüz səksən yeddi, 20 qəpik) manat borc məbləği, həmçinin 30,40 (otuz, 40 qəpik) manat məhkəmə rüsumu, cəmi 417,60 (dörd yüz on yeddi, 60 qəpik) manat Cavabdeh alınaraq, "xxxx" MMMC-ə ödənilməli və xx.xx.2022-ci il tarixindən bina 2a №12 saylı 3 (2ç) otaqlı mənzilin mülkiyyətçisi olduğu sonrakı dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş mütləq məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-ə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 384-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. xx.xx.2019-cu il –xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binaın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə kooperativ 2a binanın №12 saylı 3 (üç) otaqlı mənzil üzrə yaranmış 387,20 (üç yüz səksən yeddi, 20 qəpik) manat borc məbləği, həmçinin 30,40 (otuz, 40 qəpik) manat məhkəmə rüsumu ödənişi məbləği, cəmi 417,60 (dörd yüz on yeddi, 60 qəpik) manat Cavabdeh alınaraq "xxxx" MMMC-ə ödənilsin. xx.xx.2022-ci il tarixindən bina 2a №12 saylı 3 (2ç) otaqlı mənzilin mülkiyyətçisi olduğu sonrakı dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş mütləq məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-ə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-978/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-978/2022
10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver