Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-1512/2020 12.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Tələbkar (VÖEN:**********02) ünvan 1 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Borclu Tələbkar (“ERA Electronics”-in) xeyrinə 802 (AZN) Azərbaycan manatı məbləğində əsas borcun və 20 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 822 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və sənədlərən görünür ki, Borclu ilə Tələbkar (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 09.09.2019-cu il tarixli, 18549 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 1069 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 47 (AZN) Azərbaycan manat məbləği ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə şərtlərini pozaraq, müqavilə üzrə borcun ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı qaydada bağlanmış müqaviləyə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Tələbkar (“ERA Electronics”-in VÖEN:**********02) xeyrinə 802 (AZN) manat məbləğində əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(043)-1512/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-1512/2020
12.03.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver