Məhkəmə qərarları › İş №e-2(043)-2764/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-2764/2021

15.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-2764/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor borclu X4 qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, Kreditor MMC ilə borclu X5 arasında bağlanmış 18.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 1044 manat dəyərində Akai UA43DM2100SS2 markalı televizor satılmışdır. Borclu alğı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 1044 manat borcundan hər hansı bir ödəniş etməmişdir. Borclu ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların qalıq dəyərini hissə-hissə 12 aya hər ay üçün 87 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin qalıq məbləği olan 1044 manat borcundan bu günədək hər hansı bir ödəniş etməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Borclu ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 gün üçün 1 faiz cərimə ödəməlidir. Ona görə də X1 Kreditor MMC-nin xeyrinə 1044 manat məbləində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 18 yanvar 2019-cu il tarixli ******* nömrəli müqavilədən görünür ki, X5 Kreditor MMC-dən kredit yolu ilə 1044 manat məbləğində məişət avadanlığı əldə etmiş və həmin məbləği 12 ay müddətinə aylıq 87 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 18 yanvar 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 1044 manat əsas borcu vardır. Ərizəyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı (cavabdeh) 1044 manat məbləğində pulu 18.02.2019-cu il tarixdən 18.01.2020-ci il tarixə qədər aylıq 87 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: 04.07.1995-ci ildə Gəncə şəhərində doğulmuş və Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, sahə-7, məhəllə V-14 ünvanında qeydiyyatda olan X2 18.01.2019 il tarixli alğı-satqı müqaviləsi üzrə 1044 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul vəsaiti alınaraq Kreditornə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar