Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-2964/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 28.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi qiyməti 824,82 manat dəyərində olan “Samsung Galaxy A51 SM-A515 128 GB White” markalı mobil telefon satılmışdır. Borclu alqı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 824,82 manatdan 139,80 manat ödəniş etmişdir. Borclu ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların qalıq dəyərini hissə-hissə 12 aya hər ay üçün 57,09 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin qalıq məbləği olan 685,02 manat borcundan bu günədək hər hansı bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 11.1-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Borcluya dəfələrlə edilmiş şifahi və yazıb xəbərdarlıqlara baxmayaraq, Borclu bu xəbərdardıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə cəmiyyətin biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Borclu ilə aralarında bağlanmış alqısatqı müqaviləsinin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 gün üçün 1 % cərimə ödəməlidir. Ona görə də Borclu Kreditor MMC-nin xeyrinə 685,02 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 28.01.2021-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Borclu Kreditor MMC-dən kredit yolu ilə 824,82 manat məbləğində telefon əldə etmiş və ilkin ödəniş 139,80 manat ödədikdən sonra 685,02 manat məbləği 12 ay müddətinə aylıq 57,09 manat sonuncu ay 57,03 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu 28.01.2021-ci il tarixli, № ******* saylı müqavilə üzrə ödənilməmiş 685,02 manat əsas borcu və 31,08 manat cərimə borcu vardır. Ərizəyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı (cavabdeh) 685,02 manat məbləğində pulu 27.02.2021-ci il tarixdən 27.01.2022-ci il tarixə qədər aylıq 57,09 manat sonuncu ay 57,03 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx.xx.1965-ci ildə Qazax rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdan olan Borclu 28.01.2021-ci il tarixli, № ******* saylı müqavilə üzrə 685,02 (altı yüz səksən beş manat iki qəpik) manat əsas borc və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Kreditornə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(043)-2964/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-2964/2021
04.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver