Məhkəmə qərarları › İş №e-2(043)-3270/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-3270/2021

31.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-3270/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış, 289 manat əsas, 86 manat cərimə, cəmi 375 manat, 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1480 manat əsas, 444 manat cərimə, cəmi 1924 manat, 10.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 472 manat əsas, 141 manat cərimə, cəmi 613 manat, 30.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 149 manat əsas, 44 manat cərimə, cəmi 193 manat, 01.09.2020ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə 440 manat əsas, 132 manat cərimə, cəmi 572 manat, ümumilikdə 3677 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı ‘‘Hi-Fi” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə 30 manat olmaqla cəmi 349 manat, 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Xiaomi Mi 10” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 142 manat olmaqla cəmi 1699 manat, 10.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X1 9” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 53 manat olmaqla cəmi 628 manat, 30.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor 8S” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 22 manat olmaqla cəmi 259 manat, 01.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona görə 24 ay ödəniş cədvəli üzrə 20 manat olmaqla cəmi 480 manat ümumilikdə hər beş müqavilə üzrə 3415 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilələrin şərtlərini pozaraq, borclu sonuncu dəfə 03.04.2021-ci il tarixində hər beş müqavilə üzrə ümumilikdə 283 manat ödəniş etmiş və hər beş müqavilə üzrə qalıq qalmış 2830 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.Nisyə alqı satqı müqaviləsinin №1 əlavəsinin şərtlərinə uğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gundəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alaca tərəfindən satıcıya ödənilir. İş materiallarında olan 27.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu "xxxx" MMCdən hər ay hissə-hissə olmaqla ‘‘Hi-Fi” markalı qulaqcıq almışdır. 27.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 30 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 27.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu "xxxx" MMC-dən hər ay hissə-hissə olmaqla ‘"Xiaomi Mi 10” markalı mobil telefon almışdır. 27.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 142 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10.05.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu "xxxx" MMC-dən hər ay hissə-hissə olmaqla “X1 9” markalı mobil telefon almışdır. 10.05.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 53 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 30.05.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu "xxxx" MMC-dən hər ay hissə-hissə olmaqla "Honor 8S” markalı mobil telefon almışdır. 30.05.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 12 ay ərzində aylıq 22 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 01.09.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu "xxxx" MMC-dən hər ay hissə-hissə olmaqla “Xiaomi Redmi 9” markalı mobil telefon almışdır. 01.09.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, alıcı Borclu ödəniş cədvəlinə uyğun olaraq 24 ay ərzində aylıq 20 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 17.07.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Borclu "xxxx" MMC-yə 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 289 manat əsas, 86 manat cərimə, 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1480 manat əsas, 444 manat cərimə, 10.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 472 manat əsas, 141 manat cərimə, 30.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 149 manat əsas, 44 manat cərimə, 01.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə 440 manat əsas, 132 manat cərimə olmaqla ümumilikdə 3677 manat borcu vardır. Bildirişdən görünür ki, borcun könüllü ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 289 manat əsas 86 manat cərimə, 27.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1480 manat əsas 444 manat cərimə, 10.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 472 manat əsas 141 manat cərimə, 30.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 149 manat əsas 44 manat cərimə, 01.09.2020ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə 440 manat əsas 132 manat cərimə olmaqla, ümumilikdə 3677 (üç min altı yüz yetmiş yeddi) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq "xxxx" MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar