Məhkəmə qərarları › İş №e-2(043)-3282/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-3282/2021

03.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-3282/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Kreditor MMC-nin borclular Borclu1 və Borclu2 “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 müqavilə üzrə 932.29 manat qalıq borcu və 383.17 manat cərimə borcu olmaqla, cəmi 1315.46 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Ərizə onunla əsaslandırılmışdır ki, kreditorun ilə borclu arasında bağlanmış 10.18.2017-ci il tarixli GK05865 saylı nisyə alqı-satqı müqaviləsinə ("müqavilə") əsasən, borcluya 1227.45 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Müqaviləsinin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 932.29 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3831.71 manat təşkil edir (bax: əlavə olunan maliyyə arayışı). Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız. 10%-ni ödəməyi borcludan tələb edirik. Həmin məbləğin 10%- isə 383.17 azn edir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Belə ki, kreditor nisyə satılmış əşyanın borcluya verilməsini təsdiq edən sübutu, tərəflər arasında bağlanmış müqavilənin və ödəniş cədvəlinin əslini ərizəsinə əlavə etməmişdir. Bu hal borcluların mübahisə edilməyən vəzifəsinə əsaslanmasının mövcudluğunu istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci və 279.2.3cü maddəsinə görə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 276-cı maddəsi isə barəsində məhkəmə əmri verilə bilən tələblərin siyahısını və həmin tələblər üzrə məhkəmə əmrinin verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddəyə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Kreditor MMC məhkəməyə müraciət etdiyi ərizəsində və ona əlavə edilmiş sənədlərdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin, zaminlik müqaviləsinin və təhvil-təslim aktının əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini əlavə etmədiyindən tələbi aşkar deyildir və bu tələbin də borcluların mübahisə edilməyən vəzifəsinə əsaslandığını müəyyən etmək mümkün deyildir. Həmçinin, ərizə Kreditor MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, ərizəsinə ona verilmiş etibarnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4.-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Belə olan halda məhkəmə əmrinin verilməsi qanunvericiliyin tələbinə ziddir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, qərara a l d ı m: Kreditor MMC-nin borclular Borclu1 və Borclu2 “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar