Məhkəmə qərarları › İş №e-2(043)-3369/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-3369/2021

06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-3369/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “pul tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, 13.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixə yaranmış 456 manat əsas, 136 manat cərimə, cəmi 592 manat, 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən yaranmış 392 manat əsas, 117 manat cərimə, cəmi 509 manat, 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən yaranmış 163 manat əsas, 48 manat cərimə, cəmi 211 manat borc olmaqla, ümumlikdə 1312 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor ilə borclu arasında 13.08.2020-ci il tarixdə bağlanmış ********* saylı alqı-satqı müqaviləsinə əsasən kreditor (satıcı) ümumi qiyməti 548,30 manat olan məişət avadanlığı borcluya (alıcı) satmış, borclu isə (alıcı) hər ay 46 manat olmaqla 12 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin kreditor ilə borclu arasında 15.09.2020-ci il tarixdə bağlanmış ********* saylı alqısatqı müqaviləsinə əsasən kreditor (satıcı) ümumi qiyməti 178 manat olan məişət avadanlığı borcluya (alıcı) satmış, borclu isə (alıcı) hər ay 15 manat olmaqla 12 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin kreditor ilə borclu arasında 15.09.2020-ci il tarixdə bağlanmış ********* saylı alqısatqı müqaviləsinə əsasən kreditor (satıcı) ümumi qiyməti 428,5 manat olan məişət avadanlığı borcluya (alıcı) vermiş, borclu isə (alıcı) hər ay 36 manat olmaqla 12 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Borclu 13.08.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 456 manat əsas borcu və 136 manat cərimə olmaqla, cəmi 592 manat borcu; 15.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 163 manat əsas borc və 48 manat cərimə olmaqla, cəmi 211 manat borc; 15.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 392 manat əsas borc və 117 manat cərimə olmaqla, cəmi 509 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları borcluya vermişdir. Borclu isə alqı-satqı müqavilələri əsasında kreditordan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan nisyə alqı-satqı müqavilələri üzrə yaranmış əsas borc və müqavilə şərtlərinə əsasən hesablanmış cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu 13.08.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 456 manat əsas borc və 136 manat cərimə, 15.09.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 163 manat əsas borc və 48 manat cərimə, 15.09.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 392 manat əsas borc və 117 manat cərimə olmaqla, cəmi 1312 (min üç yüz on iki) manat pul və və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar