Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-3483/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: Kreditor MMC məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, iş üzrə Borclu 13.11.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Mİ” markalı pover banka, “Panasonic” markalı telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 207 manat, 13.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A715” markalı mobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, cəmi 449 manat, ümumilikdə hər iki müqavilə üzrə 656 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə heç bir ödəniş etməmiş, qalıq qalmış iki müqavilə üzrə 656 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da kreditor borclunun 09.08.2021-ci il tarixə 13.11.2020-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 207 manat əsas, 55.8 manat cərimə, cəmi 262.8 manat, 13.11.2020-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 449 manat əsas, 121.2 manat cərimə, cəmi 570.2 manat təşkil edir. Odur ki, borcludan ümumilikdə 833 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 13.11.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) müqavilədən görünür ki, Borclu Kreditor MMC-dən kredit yolu ilə “Mİ” markalı pover banka, “Panasonic” markalı telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 207 manat, 13.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “Samsung A715” markalı mobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, cəmi 449 manat ödəməyi öz üzərinə götürmüşdür. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu 13.11.2020-ci il tarixində bağlanmış ********* saylı müqavilə üzrə ödənilməmiş 207 manat əsas, 55.8 manat cərimə, cəmi 262.8 manat borcu vardır. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu 13.11.2020-ci il tarixində bağlanmış ********* saylı müqavilə üzrə ödənilməmiş 449 manat əsas, 121,2 manat cərimə, cəmi 570.2 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh Borclu ilə iddiaçı Kreditor MMC arasında bağlanmış 13.11.2020-ci il tarixli, ********* müqavilələlərə əsasən Mİ” markalı pover banka, “Panasonic” markalı telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 207 manat, 13.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung A715” markalı mobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, cəmi 449 manat, məhsulu nisyə qaydada və 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, məhsulun dəyərindən sonuncu dəfə ödəniş etməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini, müddətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kreditor dəbbə pulunu da tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş və Gəncə şəhəri, Ağamalıoğlu küçəsi, ev 53-də qeydiyyatda olan Borclu 13.11.2020-ci il tarixində bağlanmış ********* saylı müqavilə üzrə 207 manat ödənilməmiş hissə, 55.8 manat cərimə olmaqla, ümumilikdə 262.8 manat, və 13.11.2020-ci il tarixində bağlanmış ********* saylı müqavilə üzrə 449 manat ödənilməmiş hissə, 121.2 manat cərimə cəmi, 570.2 manat, ümumilikdə 833 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti alınaraq Kreditornə (Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi ray., 28 May küç., ev 42) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-3483/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-3483/2021
21.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver