Məhkəmə qərarları › İş №e-2(043)-3541/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-3541/2021

28.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-3541/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu Kreditor (bundan sonra MMC) Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 25.07.2020-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X1” markalı mobil telefona görə 20 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 560 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Borclu müqavilənin şərtlərini pozaraq, borclu sonuncu dəfə 25.03.2021-ci il tarixdə 28 manat ödəniş etmiş və qalıq qalmış 443 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1150 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1150 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 115 manat Kreditor MMC-yə ödənilməldir. Beləliklə, borclunun 17.09.2021-ci il tarixədək Kreditor MMC-nə olan borcu 443 manat əsas, 115 manat cərimə, cəmi 558 manat təşkil etmişdir. Ona görə də 25.07.2020-ci il tarixli, ********** saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış, 443 manat əsas, 115 manat cərimə, cəmi 558 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə əmr verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Kreditor MMC ilə Borclu arasında bağlanmış 25.07.2020-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “X1” markalı mobil telefona görə ilkin ödəniş 0 manat etməklə, 12 ay ödəniş cədvəli üzrə 28 manat olmaqla, cəmi 560 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilələr iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş 25.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İşin materiallarına əlavə olunmuş, 17.09.2021-ci il tarixli Kreditor MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Borclu Maliyyə arayışından görünür ki, 25.07.2020-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu 17.09.2021-ci il tarixə Kreditor MMC-nə olan borcu 443 manat əsas, 1150 manat cərimə, cəmi 1593 manat məbləğində Kreditor MMC-yə borcu vardır. Ərizəyə əlavə edilmiş, 25.07.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh “X1” markalı telefona görə 20 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 560 manat pulu Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş bildirişdən görünür ki, Borclu borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatdan olan Borclu 25.07.2020-ci il tarixli, ********** saylı müqavilə üzrə 443 manat əsas borc, 115 manat cərimə borcu olmaqla, cəmi 558 (beş yüz əlli səkkiz) manat borc və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Kreditornə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar