Məhkəmə qərarları › İş №e-2(043)-545/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-545/2022

25.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-545/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş və Gəncə şəhəri Nizami rayonu, Səbuhi Xasıyev küçəsi, ev 17B ünvanında qeydiyyatda olan Borclu 11.04.2021-ci il tarixli müqavilə üzrə 270 manat məbləğində əsas borc, 27 manat cərimə və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 397 (üç yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin alınaraq xeyirlərinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında 11.04.2021-ci il tarixdə hissə-hissə ödəmək şərti ilə R0012563 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 574 manat olan X1 10 128G markalı əşyanı almışdır. Müqaviləyə uyğun olaraq alıcı Borclu 250 manat ilkin ödəniş etmiş və 324 manat qalıq borcu qalmışdır. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İş materiallarında olan 11.04.2021-ci il tarixli, R0012563 nömrəli əşyanın nisyə alqısatqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən hər ay hissə-hissə olmaqla 574 manat olan X1 10 128G markalı əşyanı almışdır. 24.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 11.04.2021-ci il tarixli, R0012563 nömrəli müqavilə üzrə ödənilməmiş 270 manat əsas, 27 manat cərimə borcu vardır. 01.12.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımıncA icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş və Gəncə şəhəri Nizami rayonu, Səbuhi Xasıyev küçəsi, ev 17B ünvanında qeydiyyatda olan Borclu 11.04.2021-ci il tarixli müqavilə üzrə 270 manat məbləğində əsas borc 27 manat cərimə və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 397 (üç yüz doxsan yeddi) manat məbləğində pul tutularaq Kreditor MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar