Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-620/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Jasmin adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığı üçün tərəflər arasında olan nikah məhkəmə qaydasında ləğv edilmiş, azyaşlı uşaqları Jasminin saxlanılması üçün aliment təyin olunsa da, sonradan aralarında olan razılaşmaya görə iddiaçı həmin alimentdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 7200 manat kompensasiyanın və həmin dövrə yığılmış borcunun əvəzinə ona hər hansı bir hüquqi qeydiyyatı olmayan torpaq sahəsi verilmiş, bunun əvəzində isə iddiaçı alimentdən imtina etmişdir. Buna baxmayaraq, cavabdeh həmin vaxt uşağının qayğısına qalacağına və onun saxlanılması üçün imkanı daxilində iddiaçıya kömək edəcəyinə söz vermişdir. Lakin alimentdən imtina etdikdən sonra cavabdeh verdiyi sözə əməl etməyərək uşağı ilə ümumiyyətlə maraqlanmamış, onun saxlanılması üçün hər hansı bir köməklik göstərməmişdir. Halbuki, valideyinlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. İddiaçı bir müddət uşağı təkbağına böyütməyə çalışsa da maddi cəhətdən çətinlik çəkmişdər. Cavabdehin uşağın saxlanılmasında maddi köməklik göstərmədiyi iddiaçı uşağın normal şəraitdə böyüməsini təmin edə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, məhkəmənin qətnaməsi ilə aliment təyin olunduqdan sonra 18000 (on səkkiz min) manata aldıqları torpaq sahəsini və evi 2016-cı ildə iddiaçı ilə aralarında olan razılığa əsasən iddiaçıya ödəməli olduğu 7200 manat məbləğində kompensasiyanın və alimentin əvəzində iddiaçıya vermişdir və iddiaçı bünün qarşılığında alimentdən imtina etmişdir. Hal-hazırda ailəli olmaqla himayəsində bir azyaşlı uşağı vardır. Aylıq qazancı 300 manat təşkil edir və həmin puldan da kirayədə yaşadığı üçün kirayə haqqı ödəyir.Hər ay 40 manat ödəməyə maddi imkanı çatdığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 cavabdehlə eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını ё məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 322425 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Jasmin adlı uşaqları anadan olmuşdur. AZ-İ seriyalı 250834 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş- AZ-İ 406411 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə X1 doğulmuş X4 atası hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “X6” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X6” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. X10 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə cavabdehin göstərdiyi dəlillərlə razılaşmayaraq qeyd edir ki, onun iddiaçı ilə aralarında olan razılaşması (alimentdən imtina etmə) onların fərdi maraqları olmaqla uşağın marağına zidd olduğu üçün həmin əsas iddianın rədd olunmasına səbəb ola bilməz. Bununla yanaşı məhkəmə iddiaçının iddia tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-620/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-620/2021
18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver