Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-867/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor Tələbkar MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor Tələbkar MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 65 manat məbləğində əsas borc, 80 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaitinin alınaraq xeyrlərinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor Tələbkar MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Tələbkar MMC-nin direktoru X1 ilə Borclu arasında xx.xx.2019-cu il tarixdə hissə-hissə ödəmək şərti ilə WTCN-000353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Tələbkar mağazasından ümumi dəyəri 219 manat olan X3 1/8 markalı mobil telefon almışdır. Müqavilənin 4cü bəndinə uyğun olaraq alıcı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 3dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 31 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 65 manatı mağazaya ödəməmişdir. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, WTCN-000353 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən hər ay hissə-hissə olmaqla 1 ədəd dəyəri 219 manat olan X3 1/8 markalı mobil telefon almışdır. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2019-cu il tarixli, WTCN-000353 nömrəli müqavilə üzrə ödənilməmiş 65 manat əsas, 80 manat cərimə olmaqla cəmi 145 (bir yüz qırx beş) manat borcu vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımıncA icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli, WTCN-000353 nömrəli müqavilə üzrə 65 manat məbləğində əsas borc, 80 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 165 (bir yüz altmış beş) manat məbləğində pul tutularaq Tələbkar MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-867/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-867/2021
04.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver