Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-868/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor Tələbkar Borclu qarşı «pul» tələbinə dair ərizəsinə əmr icraatı qaydasında baxılmasının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: Kreditor Tələbkar Borclu qarşı «pul» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 1200 manat borc məbləği, 200 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin kreditorun xeyrinə borcludan tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Kreditor ərizəsində borclunun Tələbkar MMC-dən 2000 manat dəyərində İphone XS 64 markalı mobil telefonu hər ay 200 manat ödəniş etmək şərtilə aldığını, aldığı malın ümumi dəyərinin 1200 manat hissəsini ödəmədiyini göstərmişdir. Kreditorun ərizəsində 200 manat cərimə tələb edilsə də həmin cərimə borcunun hansı əsaslarla yaranması, borclunun hansı məbləğdə ödənişləri hansı müddətə gecikdirməsi nəticəsində tələb olunan məbləğdə cərimə (dəbbə pulu) borcunun yaranması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizədə kreditorun tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi ərizədən tələb olunan cərimə məbləğinin əsaslarını müəyyən etmək mümkün olmadığından həmin tələb hüququ barədə mübahisə vardır. Buna görə də ərizəyə əmr icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı «pul» tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-868/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-868/2021
04.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver