Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1195/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 03/3473/OBK saylı kredit və ipoteka müqvilələrinə xitam verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, ev 2 və ünvan 2 ünlanlarında yerləşən fərdi yaşayış evlərinin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-dən 17000 ABŞ dolları məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, ev 2 və ünvan 2 ünlanlarında yerləşən fərdi yaşayış evlərini banka girov qoymuşdur. Kredit müqaviləsi üzrə ödənişləri o, vaxtlı-vaxtında etmiş, lakin sonradan respublika ərazisində baş vermiş manatın məlum devalvasiyası nəticəsində banka olan ödəmələrdə problemlər yaranmış, manatın ikinci devalvasiyasından sonra isə vəziyyət daha da gərginləşmiş və onun banka ödədiyi pullar ancaq faizlərə çıxılmış, əsas borc yerində saxlanıldığından, o, banka ödənişlər etməkdən imtina etmişdir. Bundan sonra bank onlara qarşı məhkəmədə iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-352/2018 saylı qətnaməsinə əsasən kredit müqaviləsi üzrə cəmi 16993.32 ABŞ dollarının alınaraq banka ödənilməsi, tutmanın ipoteka predmetləri olan Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, ev 2 və ünvan 2 ünlanlarda yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi qət edilmişdir. Lakin qətnamə çıxarıldıqdan sonra 2018-ci ilin sonlarında banka ödəməli olduğu 16993.32 ABŞ dollarından 9365 ABŞ dolları ödəniş etmiş və banka cəmi 7628.32 ABŞ dolları borcu qalmışdır. Daha sonra isə məlum olduğu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin xarici valyutada 10000 ABŞ dollarınadək və ya milli valyutada 17000 manatadək vaxtı keçmiş (fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və ya vaiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş) kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi (restrukturizasiya), həcminin məhkəmədə olan işlərin geri çağrılması (vaxtı keçmiş kredit borcları ilə bağlı iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi) nəzərdə tutulmuşdur. Lakin bütün bunlara baxmayaraq, nəinki bank onlarla güzəştli şərtlərlə müqqavilə bağlamamış, hətta ipoteka predmeti olan evlərin hərracdan satılması (çox ucuz qiymətə özlərinin alması) üçün əlindən gələni etməkdən belə çəkinmir. Öz növbəsində cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsi də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilənlərə heç bir əhəmiyyət vermədən sözügedən evlərin hərracdan satılması üçün hərrac mərkəzinə sifariş vermişdir. Həmçinin bu günə kimi notariat kontoru tərəfindən də ipoteka predmetlərinin girovdan azad olunması üçün heç bir tədbir görülməmişdir. Bu səbəbdən də sözügedən kredit, ipoteka müqavilələrinə xitam verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. İddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-352/2018 saylı qətnaməsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə cəmi 16993.32 ABŞ dolları alınaraq banka ödənilməsi, tutma öhdəliyin təmini kimi ipoteka qoyulmuş İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, ev 2 və ünvan 2 ünlanlarda yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi qət edilmiş, həmin qətnamə qanunu qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və hazırda həmin əmlaklar hərracdadır, Cavabdeh2 ASC ləğv prosesində olduğundan ipoteka predmetlərinə dair müqavilə bağlaya bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “xx.xx.2019-cu il tarixli Fərmanının icrasına müvafiq olaraq İddiaçı ilə Cavabdeh2 ASC arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 03/3473/OBK saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun restrukturizasiya edilməsi, ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən Cavabdeh2 ASC-nə təklif edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisi və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri gəlməmişdir. Cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin notariusu Aris Ələkbərov tərəfindən məhkəməyə daxil olmuş ərizədə xx.xx.2020-ci il tarixə saat 11:50-ə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisi və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən İddiaçı 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoruna və İddiaçı ünvanlanmış məktubda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “xx.xx.2019-cu il tarixli Fərmanının icrasına müvafiq olaraq İddiaçı ilə Cavabdeh2 ASC arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 03/3473/OBK saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun restrukturizasiya edilməsi, ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən Cavabdeh2 ASC-nə təklif edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-615/2019 saylı icra sənədinə əsasən, borclular İddiaçı və X1 müştərək qaydada cəmi 16993.32 ABŞ dolları məbləğində borcun qətnamə icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq əvəzinin və 31 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmiş Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinə və X4 məxsus ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evlərinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına icra sənədi üzrə Cavabdeh2 ASC-nə olan borcun ödənilməsi, fərdi yaşayış evlərinin satış pulundan qalan hissəsinin müvafiq olaraq borclular İddiaçı və X4 qaytarılması, fərdi yaşayış evləri satıldıqdan sonra ən geci 1 ay müddətində ipoteka predmetlərinin boşaldılması, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 145 manat vəsaitin borclu İddiaçı və 150 manat məbləğində vəsaitin borclular İddiaçı və X1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesablarına ödənilməsi qət edilmiş və borclular İddiaçı və X4 borcun ödənilməsinin könüllü olaraq 10 gün ərzində təmin edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixdə X2 Mərkəzi MMC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Gəncə Apellyasiya Məhkəməsinə və Cavabdeh2 ASC-nə ünlanmış məktubun surətindən görünür ki, icra sənədinin icrası üçün İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinin və X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evinin hərrac yolu ilə satılmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 364 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinin satış qiyməti 29750 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evinin satış qiyməti 25500 manat qiymətləndirilərək təkrar hərrac xx xxxx 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 432 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinin satış qiyməti 29750 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evinin satış qiyməti 25500 manat qiymətləndirilərək təkrar hərrac xx xxxx 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixdə Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Mərkəzi MMC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Gəncə Apellyasiya Məhkəməsinə və Cavabdeh2 ASC-nə ünlanmış məktubun surətindən görünür ki, icra sənədinin icrası üçün İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən evin və X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı evin hərrac yolu ilə satılmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ASC ilə xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli 03/3473/OBK saylı ipoteka müqaviləsi bağlamış, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 1-ci döngə, ev 2 və ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərini banka girov qoymaqla 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. X8 Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-615/2019 saylı icra sənədinə əsasən borclular İddiaçı və X3 cəmi 16993.32 ABŞ dolları məbləğində borcu vardır və ipoteka predmetləri hərracdadır. Eyni zamanda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin X3 adına olması müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını, yəni hərracın qanunsuz olaraq keçirilməsini və onun etibarsızlığı üçün əsas olan halları sübut etməlidir. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə iddia tələbini yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Beləliklə məhkəmə araşdırması zamanı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsinin vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, mübahisəli yaşayış sahələrinə dair əvvəllər rəsmiləşdirilmiş ipoteka müqaviləsi mülkiyyətçilərin iradə ifadəsinə uyğun bağlanmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əvvəlcədən aparılmış bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdi. Məhkəmə baxışında həmçinin müəyyən edilmişdir ki, mülkiyyət hüququ əsasında İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinin və X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünvanlar kredit borcunun təminatı kimi ipoteka ilə yüklü edilmiş, lakin öhdəliklər icra edilmədiyindən məhkəmə qətnaməsinə əsasən adı çəkilən yaşayış sahələrinin açıq hərracdan satışından əldə edilən pul vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh İddiaçı və X1 müştərək qaydada cəmi 16993.32 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və 31 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmiş Gəncə şəhəri, Bakı küçəsi, 1-ci döngə, ev 2-də yerləşən fərdi yaşayış evinə və X4 məxsus ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 17 saylı ünlanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evlərinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına icra sənədi üzrə Cavabdeh2 ASC-nə olan borcun ödənilməsi, fərdi yaşayış evlərinin satış pulundan qalan hissəsinin müvafiq olaraq borclular İddiaçı və X4 qaytarılması, fərdi yaşayış evləri satıldıqdan sonra ən geci 1 ay müddətində ipoteka predmetlərinin boşaldılması, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 145 manat vəsaitin borclu İddiaçı və 150 manat məbləğində vəsaitin borclular İddiaçı və X1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesablarına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən icra edilməsi üçün müvafiq icra hərəkətləri yerinə yetirilmiş, “X5 Mərkəzi” MMC tərəfindən əmlakın satış qiyməti müəyyən edilərək, sonda hərraca çıxarılmış və hazırda ipoteka predmetləri hərracdadır. İddiaçı tərəfindən kredit və ipoteka müqavilələrinin ləğv olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASCnə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-1195/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1195/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver