Məhkəmə qərarları › İş №e-2(044)-1251/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(044)-1251/2021

25.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(044)-1251/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor MMC-nin, Borclu qarşı «borcun ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə təqdim edərək Borclu xx.xx.2017-ci il tarixli BMYK01001 saylı müqaviləyə əsasən 208.76 manat əsas və 20 manat cərimə borcu olmaqla, cəmi 228.76 manat, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli BMYK01001 saylı müqaviləyə əsasən kredit 2850.76 manat dəyərində olan avadanlığı Borclu 0 manat ilkin ödənişlə satmış, borclu isə öz növbəsində malı qəbul edərək müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan “təhvil-təslim” aktından görünür ki, Kreditor MMC 2850.76 manat dəyərində olan “Samsung” markalı televizoru Borclu təhvil vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclun Kreditor MMC-yə olan borcu 208.76 manat əsas və 20 manat cərimə, ümumilikdə isə 228.76 manat təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor «Kreditor » MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx xxxxxx 1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 208.76 manat məbləğində əsas borc, 20 manat cərimə borcu, cəmi 228.76 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar