Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(044)-2639/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor: "xxxx" MMC-nin, Borclu: Borclu qarşı «pul məbləğinin ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 16.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 1140 (bir min bir yüz qırx) manat dəyərində olan Samsung A7 markalı mobil telefon satılmışdır. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək kreditin əsas məbləği olan 1140 (bir min bir yüz qırx) manat borcundan bu günədək hər hansı bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Odur ki, Borclu 1140 (bir min bir yüz qırx) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. İş materiallarında olan 16 may 2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən borclu Kreditor MMC-dən götürdüyü Samsung A7 markalı mobil telefona görə 12 ay müddətinə hissə-hissə 1140 (bir min bir yüz qırx) manat ödəməyi öhdəsinə götürmüşdür. Kreditor MMC-nin alqı-satqı müqaviləsində göstərilən ödəniş şərtləri borclu tərəfindən pozularsa, Kreditor MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə KreditorMMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1140 (bir min bir yüz qırx) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, cəmi 1160 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-2639/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(044)-2639/2021
16.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver