Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-2880/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Kreditor MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC-ti Borclu barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, kreditorun ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Borclu ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, ərizə ərazi aidiyyətinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığına görə ərizənin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 277.1, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kreditor MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsin ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditora izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-2880/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-2880/2021
27.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver