Məhkəmə qərarları › İş №e-2(044)-3111/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-3111/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-3111/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdehlər Gəncə Telekommunikasiya İdarəsinə və "xxxx" MMC-yə qarşı maddi və mənəvi tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhərinin ADSL internet şəbəkəsində inhisarçılıq edən Gəncə TKİ və "xxxx" MMC-nin inhisarçılıq fəaliyyətinin dayandırılmasına, İnternet şəbəkəsinə digər özəl provayderlər bərabər qaydada buraxılmasına, 3 ildən artıq müddətə o, abonent kimi seçim hüququ Gəncə TKİ və "xxxx" MMC tərəfindən məhdudlaşdırıldığından alternativsizlik şəraitində məcburən istifadə etdiyi "xxxx" provayderinə həmin müddət boyunca aylıq 20 manat xidmət haqqı ödəmiş, əvəzində isə sürətsiz və keyfiyyətsiz internetdən istifadə etmişdir. Həmin ödədiyi pullar 3 ilə əsasən hesablanmasına və həmin provayderin bu günədək təqdim etdiyi keyfiyyətsiz və sürətsiz internetdən etdiyi şikayətlərə baxılmadığı və internet problemi bu günədək davam etdiyi üçün həmin məbləğ "xxxx" MMC və Gəncə TKİ tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın təzminatı formasında ona geri ödənilməsinə, təzminat tam məbləğdə X1 hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbi aydın deyildir. Çünki iddiaçı ərizəsində cavabdehlərdən maddi və mənəvi ziyan tələb etsə də, tələb etdiyi ziyanın nə qədər məbləğinin maddi, nə qədər məbləğinin mənəvi ziyan olduğunu göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2, 149.2.3 və 149.2.5-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Gəncə Telekommunikasiya İdarəsinə və "xxxx" MMC-yə qarşı maddi və mənəvi tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar