Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(044)-3161/2021 23.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor: Kreditor MMC-nin, Borclu: Borclu qarşı «borc» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 178 manat olan “Samsung J 260” markalı mobil telefonu əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 77 manat əsas borcu, 23 manat cərimə borcu qalıb. Odur ki, borcludan 77 manat məbləğində əsas borcun, 23 manat cərimə borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 120 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. İş materiallarında olan 25 yanvar 2020-ci il tarixli, ********* saylı kredit müqaviləsinin şərtlərinə əsasən borclu bankdan götürdüyü “Samsung J 260” markalı mobil telefona görə 178 (yüz yetmiş səkkiz) manat məbləğində vəsaiti 12 ay müddətinə müqavilə ilə müəyyən edilən son ödəmə tarixinədək Kreditor MMC-yə ödəməlidir. Kreditor MMC-nin kredit müqaviləsində göstərilən ödəniş şərtləri kredit alan tərəfindən pozularsa, Kreditor MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM: xx xxxxxx 1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 77 (yetmiş yeddi) manat məbləğində əsas borc, 23 (iyirmi üç) manat məbləğində cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-3161/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(044)-3161/2021
23.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver