Məhkəmə qərarları › İş №e-2(044)-3223/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-3223/2021

30.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-3223/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlu, Kreditor MMC-nin borclu X2 barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Kreditor MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 03.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 105 (bir yüz beş) manat, cərimə 31 (otuz bir) manat, cəmi 136 (bir yüz otuz altı) manat, 13.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 124 (bir yüz iyirmi dörd) manat, cərimə 37 (otuz yeddi) manat, cəmi 161 (bir yüz altmış bir) manat olmaqla cəmi 297 (iki yüz doxsan yeddi) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun tutularaq Cəmiyyətə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditor (satıcı) Kreditor MMC ilə borclu (alıcı) X3 arasında bağlanmış 03.09.2020ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən “Hİ-Fİ Wireless” aylıq 18 manat olmaqla 6 ay müddətinə alıcıya nisyə olaraq satılmışdır. Kreditor (satıcı) Kreditor MMC ilə borclu (alıcı) X3 arasında bağlanmış 13.09.2020ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən “Power Bank” aylıq 11 manat olmaqla 12 ay müddətinə alıcıya nisyə olaraq satılmışdır. Ərizəyə əlavə edilmiş maliyyə arayışlarından görünür ki, borclu X2 Kreditor MMC-yə 03.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 105 (bir yüz beş) manat, cərimə 31 (otuz bir) manat, cəmi 136 (bir yüz otuz altı) manat, 13.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 124 (bir yüz iyirmi dörd) manat, cərimə 37 (otuz yeddi) manat, cəmi 161 (bir yüz altmış bir) manat olmaqla cəmi 297 (iki yüz doxsan yeddi) manat borcu vardır. Tələbkarın tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinə görə, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Həmin Məcəllənin 276-cı maddəsi isə barəsində məhkəmə əmri verilə bilən tələblərin siyahısını və həmin tələblər üzrə məhkəmə əmrinin verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddəyə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin tam əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Kreditor MMC məhkəməyə müraciət etdiyi ərizəsində borclu X3 ilə aralarında bağlanmış 03.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 105 (bir yüz beş) manat, cərimə 31 (otuz bir) manat, cəmi 136 (bir yüz otuz altı) manat, 13.09.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi əsasında əsas borc üzrə 124 (bir yüz iyirmi dörd) manat, cərimə 37 (otuz yeddi) manat, cəmi 161 (bir yüz altmış bir) manat olmaqla cəmi 297 (iki yüz doxsan yeddi) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cəmiyyətin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etməklə öz tələbini mübahisələndirdiyindən kreditorun tələbi aşkar deyildir və bu tələbin də borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığını müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə əmrinin verilməsi qanunvericiliyin tələbinə ziddir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Kreditor MMC-nin borclu X2 barəsində məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar