Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3375/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı «mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərinin ADSL internet şəbəkəsində inhisarçılıq edən Gəncə TKİ və Cavabdeh2 MMC-nin inhisarçılıq fəaliyyətinin dayandırılması, internet şəbəkəsinə digər özəl provayderlərin bərabər qaydada buraxılması, 3 ildən artıq müddətə onun abonent kimi seçdiyi Gəncə TKİ və Cavabdeh2 MMC tərəfindən məhdudlaşdırıldığından alternativsizlik şəraitində məcburən istifadə etdiyi Cavabdeh2 provayderinə həmin müddət boyunca aylıq ödədiyi 20 manat xidmət haqqının əvəzində isə sürətsiz və keyfiyyətsiz internetdən istifadə edir. həmin ödədiyi pullar 3 ilə əsasən hesablanması və cəmi 720 manat olmaqla həmin provayderin bu günədək təqdim etdiyi keyfiyyətsiz və sürətsiz internetdən etdiyi şikayətlərə baxıldığı və internet problemi bu günədək davam etdiyi üçün həmin məbləğ Cavabdeh2 MMC və Gəncə TKİ tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın təzminatı formasında ona geri ödənilməsi, 720 manat məbləğin 360 manatının maddi, 360 manatının mənəvi ziyanın qarşılığında təzminat kimi tam məbləğin tutularaq, X9 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3 ildən artıqdır ki, Gəncə şəhərinin ADSL tipli internet şəbəkəsi Cavabdeh1 (Gəncə TKİ) və Cavabdeh2 MMC tərəfindən inhisara götürülmüş, digər bazar iştirakçıları olan ADSL internet xidməti təqdim edən özəl provayderlər 3 il bundan öncə Gəncə TKİ tərəfindən dövlət hesabına şəhərin küçələrində quraşdırılan abonent şkaflarında öz avadanlıqlıqlarını quraşdırmaq və bununla da abonentlərə xidmət göstərmək imkanından məhrum ediliblər, buna səbəb isə Gəncə TKİnin dövlət hesabına quraşdırdığı abonent şkaflarına yalnız Cavabdeh2 provayderinə şərait yaratmışdır. Digər özəl provayderlərə isə bu şərait yaradılmamış, nəticədə hazırda Gəncə şəhərində ADSL internet xidməti göstərən yeganə provayder Cavabdeh2 MMC-dir və həmin provayderin göstərdiyi xidmətlər keyfiyyətsiz və bahadır. Buna səbəb isə Gəncə TKİ və Cavabdeh2 MMC verdiyi internetin köhnəlmiş avadanlıqlar, xəttlər və çürük taxta dirəklər vasitəsi ilə abonentə ötürülməsidir. Müasir dövrdə özəl provayderlər abonentlərə genişzolaqlı fiberoptik interneti sürəti və dəfələrlə ucuz qiymətə təqdim edirlər. Dövlət vəsaiti hesabına Gəncə TKİ və Cavabdeh2un quraşdırdığı abonent şkaflarına qədər olan xəttlər fiberoptik olsa da həmin şkaflardan abonentlərə verilənm xəttlər sovetlər vaxtından qalan qırıq, calaqlı, çürük mis xəttlərdir. Belə olan halda isə sürətli və keyfiyyətli internet əvəzinə 20-ci əsrin köhnəlmiş texnologiyası olan ADSL internet belə keyfiyyətsiz şəkildə abonentə baha qiymətə təqdim edən Cavabdeh2 həmin abonentlərin seçim imkanının olmamasından və hazırda ADSL internet şəbəkəsində hökmran mövqe tutulmasından suiistifadə edir. Bazarda inhisarçı olduğundan fəaliyyəti barədə şikayətləri də baxılmadan saxlayan və ya abonentin problemini həll etmək əvəzinə müxtəlif bəhanələr uyduran Gəncə TKİ və Cavabdeh2 MMC bu inhisarçılıqda əlbirdirlər, çünki Cavabdeh2 Gəncə TKİ tərəfindən ona verilən kabel-kanalzasiya şəbəkəsindən, infrastrukturundan müstəsna üstünlüklə istifadə edir və Gəncə TKİ həmin şəbəkəyə özəl provayderləri buraxmır. Bu isə “Antiinhisar fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanunun müddəalarına, eləcə də “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair X8” proqramının müddəalarına ziddir, çünki X8 proqramında yazılanlara əsasən dövlət hesabına inşa edilən infrastrukturdan bərabər qaydada faydalanmaq üçün bütün bazar iştirakçılarına, özəl provayderlərə bərabər şəkildə şərait yaradılmalıdır, həmçinin mis xəttlərin fiberoptik xəttlərlə əvəz edilməsi, internet bazarının liberallaşdırılması kimi müddəalar da yer alan həmin X8nə zidd olaraq Gəncə TKİ dövlət əmlakını şəxsi kommersiya strukturu kimi idarə edir. ”Aztelekom” provayderinə müstəsna hüquq verir və özəl provayderlərə Gəncə şəhərinin əsasən həyət evləri olan küçələrinə fiberoptik internet şəbəkəsi çəkmək üçün provayderlərə Gəncə şəhərinin əsasən həyət evləri olan küçələrinə fiberoptik internet şəbəkəsi çəkmək üçün kabelkanalizasiya qurğularından istifadəyə imkan vermir. Hüquqi cəhətdən Gəncə TKİ və Cavabdeh2 bu maneəni şəbəkə infrastrukturunun icarə haqqının ödənilməli olduğunu və özəl provayderlərin bundan imtina etməsini göstərir. Halbuki nə Gəncə TKİ nə də Cavabdeh2 həmin şəbəkə infrastrukturunu nə şəxsi vəsaitdən alıblar, nə qurublar nə də təmir ediblər. Şəbəkə dövlət büdcəsi hesabına qurulmuş və bazara öz iştirakçıları arasında bərabər istifadə üçün Gəncə TKİ-yə verilmişdir. Gəncə TKİ-yə və Cavabdeh2 MMC-yə 3 il boyunca yazdığı müraciətlərində inhisarçılığa son qoymalarına, ona seçim imkanı verilməsinə, bazara özəl provayderlərin buraxılması ilə bağlı çağırışlar etmişdir, lakin bütün müraciətlərinə cavab olaraq Gəncə TKİ və Cavabdeh2 MMC iddialarını rədd edərək bütün sadalanan problemlərin varlığını inkar etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilənlərlə razı deyildir. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı, Gəncə TKİ və Cavabdeh2 MMC-nin inhisarçılıq fəaliyyətinin dayandırılması və digər özəl provayderlərin bərabər qaydada internet şəbəkəsinə buraxılması, alternativlik şəraitində mcburən istifadə etdiyi, sürətsiz və keyfiyyətsiz internet xidmətinin aylıq haqqı olaraq 20 manat məbləğində ödədiyi pulun üç ilə əsasən hesablanması, etdiyi şikayətlərinə baxılması, cəmi 720 manat məbləğində pulun maddi və mənəvi ziyanın təzminatı formasında geri ödənilməsindən ibarətdir. İddiaçının tələbləri üzrə mübahisələndirdiyi intenet xidməti ***-**-** saylı telefon nömrəsi üzərindən verilməkdədir və hər iki xidmətin abunəçisi müqavilə əsasında X1 adına qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanan 20.08.2019-cu il tarixli 1117-005020 nömrəli “Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə” müqavilə üzrə hüquq və vəzifələrin subyekti (tərəfi) abunəçi və telekommunikasıya operatoru (Gəncə TKİ) olaraq müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, müqavilə üzrə xidmətlərin göstərilməsi və ya yaranan mübahisələrin həlli üçün tələb hüququ məhz X3 məxsusdur. Odur ki, iddiaçı qeyd olunan müqavilə üzrə göstərilən xidmətlərlə əlaqəli öz adından iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyil, tələbin heç bir hüquqi və faktiki əsası yoxdur. ünvan 1 ünvanda istifadə edilən *** ** ** saylı telefon nömrəsi və internet xidməti müqavilə əsasında X4 adlı abunəçiyə məxsusdur. İddiaçının alternatifsiz olaraq məcburən internetdən istifadə etməsinə səbəbkar cavabdeh deyil, xidmətlər üzrə əsas hüquq subyekti olan Coşqun İsmayılov dur. Çünki əgər həmin aperatorun göstərdiyi xidmətlərdən istifadə etməyə məcbur qalmazdı. Əlavə olaraq başqa xidmət subyektlərinə müraciət edə biləcəyi iddiaçıya dəfələrə məlumat verilmiş qərəzli olaraq iddiaçının şikayətləri davam etmişdir. Cavabdeh tərəfindən göstərilən xidmətlərin keyfiyyəti, surəti və ya hər hansı bir nasazlıq ilə əlaqəli olaraq əsas hüquq subyekti olan Coşqun İsmayılov tərəfindən cavabdeh TKİ-yə heç bir müraciət olunmamışdır. Sadəcə iddiaçının müraciətləri olmuşdur ki, bu da vətəndaş məmnuniyyəti nəzərə alınaraq araşdırılmış və görünən müvafiq işlərin yekununa görə heç bir problem və ya nasazlıq aşkarlanmamış və bu barədə əlavədə təqdim edilmiş aktlar tərtib edilmişdir. Ünvana keçirilən baxış zamanı iddiaçı son avadanlıqla yoxlama aparılması üçün mütəxəssisləri mənzilə buraxmamış, lakin sonrakı şikayətlərin baxılması ilə əlaqədar keçirilən yoxlamalar zamanı uzun mübahisələrdən sonra mənzildə baxış keçirilmiş və mənzil daxili telefon xəttində zədələnmələr aşkarlanmış, həmin zədələnmələr aradan qaldırıldıqdan sonra 17.08.2021-ci il tarixdə iddiaçının internet və telefon xidmətlərinin normal işlədiyi və heç bir şikayətin olmadığı müəyyən olunmuşdur. İddiaçının sürətsiz və keyfiyyətsiz internetə görə etdiyi şikayətlərinə baxılmaması barədə tələbi əsassızdır, iddiaçının müxtəlif orqanlara müraciətləri olmuş və həmin müraciətlərin araşdırılması ilə əlaqədar sorğulara cavab verilmişdir, iddiaçının heç bir yazılı və şifahi müraciətləri heç bir vaxt baxılmamış və cavabsız qalmamışdır. İddiaçının 720 manat məbləğində pulun maddi və mənəvi ziyanın təzminatı formasında geri ödən ilməsi tələbi isə digər iddiaları kimi əsassızdır. Çünki abunəçi olaraq hər bir istifadəçidən aylıq abunə haqqı və xidmət haqqına görə Tarif şurası tərəfindən təsdiq edilmiş rabitə xiddmətləri tarifinə uyğun istifadə edilmiş xidmətlərə görə borc hesablanmışdır və bütün bu münasibətlər tərəflər arasında bağlanmış xidmət müqaviləsinə və digər normativ hüquqi aktlarla tənzimlənir. Yəni iddiaçı “abunəçi” kimi istifadə etdiyi xidmətlərin haqqını ödəmişdir, ona cavabdeh tərəfindən heç bir maddi zərər vurulmamışdır. Mənəvi ziyan barədə isə hər hansı sübut təqdim etmədiyi üçün bu barədə münasibət bildirmək məhkəmənin işidir. İddia tələbi və iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olmamasını, mübahisə predmeti üzrə məhkəməyə heç bir sübut təqdim etməməsini, sadəcə şəxsi mülahizələrə əsasən hüquqi əsası olmadan əsassız ittihamlarla cavabdeh TKİ və MMC-ni günahlandırmağa çalışmasını, İddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamasını nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mmkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 18.01.2019-cu il tarixli 026023 saylı Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə “Abunəçi” arasında bağlanmış müqavilədən görünür ki, “Telekommunikasiya operatoru” ilə Coşqun İsmayılov arasında ***-**-** saylı telefon nömrəsi üzərindən internet verilməsi barədə müqavilə imzalanmışdır. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbində qoyulmuş “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi ziyan” iddia tələbi təmin edilməməlidir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Digər tərəfdən iddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. İş materialları ilə müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi intenet xidməti ***-**-** saylı telefon nömrəsi üzərindən verilməkdədir və hər iki xidmətin abunəçisi müqavilə əsasında X1 adına qeydiyyata alınmışdır tərəflər arasında bağlanan 20.08.2019-cu il 1117-005020 nömrəli “Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə” müqavilə üzrə hüquq və vəzifələrin subyekti (tərəfi) abunəçi və telekommunikasıya operatoru (Gəncə TKİ) olaraq müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, müqavilə üzrə xidmətlərin göstərilməsi və ya yaranan mübahisələrin həlli üçün tələb hüququ məhz X3 məxsusdur. Odur ki, iddiaçı qeyd olunan müqavilə üzrə göstərilən xidmətlərlə əlaqəli öz adından iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyil, tələbin heç bir hüquqi və faktiki əsası yoxdur. ünvan 1 ünvanda istifadə edilən *** ** ** saylı telefon nömrəsi və internet xidməti müqavilə əsasında X4 adlı abunəçiyə məxsusdur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi ziyan” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-3375/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3375/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver