Məhkəmə qərarları › İş №e-2(044)-3594/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(044)-3594/2020

26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(044)-3594/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Tələbkar (“ERA Electronics”) Borclu qarşı «borcun ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Tələbkar (“ERA Electronics”) məhkəməyə ərizə təqdim edərək Borclu 643.70 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 663.70 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar (“ERA Electronics”) hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə Tələbkar (“ERA Electronics”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 13899 saylı müqaviləyə əsasən tələbkar tərəfindən borcluya kreditlə 544.70 manat məbləğində məişət avadanlığı aylıq 45 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə verilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli, 14762 saylı kredit müqaviləsinə əsasən tələbkar tərəfindən borcluya kreditlə 349 manat məbləğində məişət avadanlığı aylıq 35 manat olmaqla 10 ay müddətinə ödəmək şərti ilə verilmişdir. Borclu sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 80 manat ödəniş etmişdir. Hazırda borclunun həmin müqavilələr üzrə əsas borcu müvafiq olaraq 364.70 manat və 279 manat olmaqla, ümumilikdə 643.70 manat təşkil edir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Borclu ilə Tələbkar (“ERA Electronics”) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 13899 saylı müqaviləyə əsasən, Borclu qızı 12 ay müddətinə hər ay 45 manat ödəmək şərti ilə 544.70 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Bundan başqa, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Borclu ilə Tələbkar (“ERA Electronics”) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 14762 saylı müqaviləyə əsasən, Borclu qızı 10 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə 349 manat məbləğində məişət avadanlığı əldə etmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Borclu Tələbkar (“ERA Electronics”) xx.xx.2018-ci il tarixdə bağlanmış 13899 saylı müqavilə üzrə ödənilməmiş 364.70 manat, xx.xx.2019-ci il tarixdə bağlanmış 14762 saylı müqavilə üzrə isə ödənilməmiş 279 manat, ümumilikdə 643.70 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar (“ERA Electronics”) tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: Borclu 643.70 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 663.70 manat məbləğində pul alınaraq Tələbkar (“ERA Electronics”) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar