Məhkəmə qərarları › İş №e-2(044)-616/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-616/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-616/2022 04.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.11.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləışdirmədən 27.04.2011-ci il tarixdə ailə qurmuş, nikahları 13.01.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və onların birgə nikahlarından 26.11.2011-ci il tarixdə X7 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından .11.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 110 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, hazırda iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği ilə uşagın saxlanmasında maddi çətinlik çəkir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilən məbləğ ilə razı deyildir və onun başqa ailəsindən iki uşağı da var. Onun əvvəllər maddi imkanı yaxşı olduğundan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmiş, lakin hazırda işəmir, maddi imkanı yoxdur və o, hər ay 50 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X3 məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.07.2014-cü il tarixli 2(044)- 1137/2014 saylı icra vərəqəsindən görünür ki, 13.03.2014-cü il tarixdən başlayaraq Cavabdeh 26.11.2011-ci il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat alimentin tutularaq X2 verilməsi qət edilmişdir. 19.06.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın surətindən görünür ki, iş üzrə tələbkar Bəylərova (əhmədova) Ləman Bəxtiyar qızı 12.06.2019-cu il tarixli ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək aliment tələbindən imtina etdiyini bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etdiyindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.07.2014-cü il tarixli 2(044)- 1137/2014 saylı icra vərəqəsi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. 05.12.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 26.11.2011-ci il tarixdə X7 anadan olmuşdur. 23.07.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əhmədova (Qulioyeva) Qəmzə Şahmar qızının nikahları 23 iyul 2014-cü il tarixdə 1450 saylı akt qeydi ilə bağlanmışdır. 30.09.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından 09 avqust 2021-ci il tarixdə X6 anadan olmuşdur. 15.12.2015-ci il tarixdə verilmiş Seriya AZE 12425038 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından X8 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə Cavabdeh 26.11.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.01.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.11.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.01.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar