Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-749/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci təvəllüdlü əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Cavabdeh2 100 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 20 manat sabit pulun İddiaçı tərəfindən tutulması barədə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05.11.2015ci il tarixli 2(044)-4670/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment ödəməkdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, İddiaçı Cavabdeh1 ilə 06 oktyabr 1992-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 23.09.1994-cü il tarixdə Eldəniz və xx xxxxxx 1995-ci il tarixdə Təbriz adlı iki övladları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur və tərəflərin nikahından rəsmi qaydada boşanmış, cavabdehlə birgə nikahdan olan X1 iddiaçının Cavabdeh2 Hafiq oğlu isə cavabdehin yanında saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli 2(044)- 4670/2015 nömrəli qətnaməsi ilə İddiaçı 07 oktyabr 2015-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 20 manat sabt pul tutularaq xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş əmək qabiliyyətli olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Cavabdeh2 verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin 27 aprel 2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərarı ilə 05 noyabr 2015-ci il tarixli 2(044)-4670/2015 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Qərardan gründüyü kimi, tərəflər qarşılıqlı razılığa gələrək işin icraatına xitam verilməsini xahiş etmişlər. 04.04.2018-ci il tarixli 8(044)-1036/2017 nömrəli qərardadı ilə 05 noyabr 2015-ci il tarixli 2(044)-4670/2015 nömrəli icra sənədi yenidən icraya yönəlmişdir. Beləliklə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(044)-4670/2015 nömrəli qətnaməsi ilə hər ay 100 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 20 manat sabit pul tutularaq xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş əmək qabiliyyətli olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Cavabdeh2 verilməsi qət edilmişdir. Lakin cavabdeh qət edilmiş məbləğin ona verildiyini zənn edərək Cavabdeh2 verilməli məbləği öz ehtiyacları üçün xərcləyir. Sonda o, iddiaçı tərəfindən cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində əvvəllər iddia qaldırılmasından məlumatı olmadığını bildirmiş, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 bildirmişdir ki, iddiaçı hazırkı tələbinə eyni əsaslar üzrə məhkəmədə baxılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Odur ki, eyni işə yenidən baxıla bilməz, buna görə də mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Çünki eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, cavabdehin məhkəmə iclasında təqdim etdiyi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 aprel 2017-ci il tarixli, 2(044)-2710/17 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı alimentin və əlavə xərcin ödənilməsinin ləğv edilərək ödəməkdən azad edilməsi tələbinə dair eyni əsaslarla iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-749/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-749/2022
11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver