Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1298/2024 27.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X6, X5, X3 və X1 yüngül dərəcəli bədən xəsarətinə və “Hyundai” markalı, EM018İL dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş, ümumilikdə 6500 manat (altı min beş yüz manat) və ödənilmiş 85 manat (səksən beş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063’ markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai” markalı, EM018İL dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X6, X5, X3 və X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 075673, 075667, 075671, 075669, 075772 nömrəli sığorta aktlarından göründüyü kimi hadisə zamanı “VAZ 21063” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(045)-44/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər: X6, X5, X3 və X4 yüngül dərəcəli bədən xəsarəti almış, “Hyundai” markalı, EM018İL dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə maddi ziyan dəymişdir. “İcbari Sığorta Haqqında” qanunun 14.2.5-ci maddəsinə əsasən, sağlamlığa vurulmuş yüngül dərəcəli bədən xəsarətinə görə sığorta ödənişi sığorta məbləğinin (5000) 15 %-ni təşkil edir (750 manat). İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi, zərərçəkmiş şəxslərə ayrı- ayrılıqda 750 manat sığorta ödənişi ödənilmişdir. Həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Hyundai” markalı, EM018İL dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11605 saylı ödəniş tapşırığı ilə 3500 manat sığorta ödənişi edilmişdir. Beləliklə sığorta ödənişi qismində iddaçı tərəfindən cəmi 6500 manat (altı min beş yüz manat) sığorta ödənişi zərərçəkənlərə ödənilmişdir. Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd etdiyimiz Goranboy rayon Məhkəməsinin qərarına əsasən, sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Hesab edirik ki, ümumilikdə 6500 manat pul Cavabdeh Subroqasiya qaydasında İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçıSığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilmədiyini mülki iş üzrə keçiriləcək məhkəmə hazılıq və baxış iclasıarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, qəza baş verən zaman avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(045)-44/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla ona 700 manat miqdarında cərimə cəzası təyin edilmişdir; xx.xx.2019-cu il tarixli, 075772 nömrəli, sığorta aktına əsasən, xx.xx.2019-cu il tarixdə Goranboy rayonu ərazisində baş vermiş hadisə nəticəsində zədələnmiş EM018İL dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləği çıxılmaqla sığorta ödənişi 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktlarından görünür ki, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində X4, X3, X5, X6 yüngül dərəcəli xəsarətlər almış və sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləği çıxılmaqla sığorta ödənişi hər birinə 750 (yeddi yüz əlli) manat müəyyən edilmişdir. 27 noyabr 2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına ümumilikdə 6500 (alı min beş yüz) manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə hesabata əsasən, “Hyundai Sonata” markalı, EM018İL dövlət qeydiyyat nişanlı avtomobilin zərəri 3500 (üç min beş yüz) manat həcmində müəyyən edilmişdir; “ASAN ödəniş” sisteminin **********43 nömrəli, xx.xx.2024-cü il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti hazırkı tələb üzrə 85 manat məbləğində dövlət rüsumü ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2019-cu il tarixində Cavabdeh sərxoş halda idarə etdiyi “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcakənd-Goran yolunun Goranboy rayonu, Səfikürd kənd ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh İXM-in 333.3-cü maddəsinə uyğun olaraq təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla ona 700 manat miqdarında cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində EM018İL dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə zərər vurulmuşdur. Bununla bağlı aparılmış qiymətləndirmə və onun əsasında tərtib edilmiş qiymətləndirmə aktına əsasən qeyd edilən avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və görüləcək təmir işlərinin (dəmirçi işi, rəngsaz işi, armatur işi, çilingər işi) ümumi dəyəri 3500 manat, həmçinin toqquşma nəticəsində sürücü və sərnişinlərin aldığı xəsarətlərə görə 3000 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən həmin avtomobilin sahibi (zərərçəkən şəxs) X2 ödənilmişdir. Hazırda da iddiaçı cavabdeh qarşı iddia qaldıraraq, bu məbləğin və ödənilmiş 85 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; Məhkəmə qeyd edir ki, cavabdehin etibarnamə olmadan idarə etdiyi “VAZ 21063” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dövlət qeydiyyat nişanlı avtomobillə EM018İL dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və hadisə baş verən zaman sərxoş halda avtomobili idarə etməsi tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də hadisə zamanı avtomobili sərxoş halda idarə edən cavabdehə qarşı sığorta ödənişi vermiş iddiaçının verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, cavabdehin avtomobili sərxoş halda idarə etməsi, habelə iddiaçı tərəfindən zərərçəkənlərə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər cavabdehdən tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh mülki məsuliyyət daşımalı, hadisəni törədən zaman avtomobili sərxoş halda idarə etdiyinə görə sığorta şirkəti tərəfindən zərərçəkəənlərə ödənilmiş sığorta ödənişini həmin şirkətə qaytarmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinətutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1298/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1298/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver