Məhkəmə qərarları › İş №e-2(045)-1326/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1326/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1326/2025 24.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X2 onun, yəni atanın himayəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikaha girib ailə qurmuşdır. xx.xx.2022-ci il təvəllüdlü övladı X3 anadan olmuşdur. Onlar əvvəllər yaxşı yaşamış, sonradan aralarındakı münasibətlər pozulmuş, cavabdeh onu saymamış, ər kimi onunla hesablaşmamış, avqust 2022-ci il tarixində anasının xəstə olmasını bəhanə edərək, uşağı üstünə atıb evdən getmişdir. Dəfələrlə arxasınca getməyinə baxmayaraq, evə qayıtmamış və uşaqdan imtina etdiyini bildirmişdir. O, məcburiyyət qarşısında qalıb sosial şəbəkələrə müraciət etmiş, "Xəzər" televiziyasının "Təsir Dairəsi" verilişinə müraciət etmişdir ki, bəlkə gələ, uşağa analıq edə. Cavabdeh verilişə gəlmiş, lakin uşaqdan imtina etmişdir. xx.xx.2022-ci il təvəllüdlü övladı X3 doğulduğu gündən hazırkı günədək onun himayəsindədir. O, cavabdehin bütün qayğılarını çəkir. Hesab edir ki, uşaq onun himayəsində saxlanmalıdır. Cavabdeh uşaqla maraqlanmır, onunla görüşmək belə istəmir, uşağa maddi cəhətdən dəstək olmur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin həcmini azaldaraq tərəflərin birgəliyindən dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X2 onun himayəsində saxlanmasını xahiş etdi. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia tələbini tam şəkildə qəbul edir və xx.xx.2022-ci il təvəllüdlü X2 iddiaçının himayəsində qalmasına razıdır. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 445411 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh doğulmuş X1 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-lV seriyalı 828121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə Goranboy şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2022-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması və himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah olmamışdır. Onların birgəliyindən xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Tərəflərin xeyli vaxtdır faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Cavabdeh iddianı qəbul edərək, birgəliklərindən doğulmuş uşağının iddiaçının himayəsində qalmasına razıdır. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir; 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarını nəzərdən keçirərək və tərəfləri dinləyərək hesab edir ki, iddianın cavabdeh tərəfindən qəbul edilib tam etiraf edilməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilərək təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgəliyindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgəliyindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılsın. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar