Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1508/2023 14.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı doğuş xərci tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı doğuş xərci tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh xx.xx.2021-ci ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibəti 18 dekabr 2021-ci ildə "ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2360 saylı qeydlə rəsmiləşdirmişlər. 2021-ci ildən təsərrüfatı birgə idarə etmişlər. Bir neçə aydır ki faktiki olaraq ayrılmışlar və nikahı formal xarakter daşıyır. Birgə nikahdan xx.xx.2022-ci il tarixində X2 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuş, nikahdan doğulan uşaq iddiaçının yanında qalmış və uşağın saxlanması üçün 160 manat, onun 3 yaşınadək saxlanılması üçün iddiaçıya 20 manat aliment tutulması qət edilmişdir. Cavabdeh nikahın pozulması tələbi ilə bağlı mülki işin gedişində barışıq təklifini qəbul etmədiyindən cehiz əşyalarını və uşağın hamiləlik və doğuş xərclərini qaytarmayacağını bildirmiş və qaytarmamışdır. İddiaçı tərəfindən cehiz əmlaklarla bağlı ayrı iddia qaldırılmışdır. Hazırda doğuş xərci ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın doğumuna az qalmış onunla mübahbisə yaratdığından o məcbur ata evinə gəlmiş və onunla maraqlanmadığından hamiləlik dövründə bütün xəstəxana xərcini də özü çəkməli olmuşdur ki, cavabdeh həmin pulu da ona könüllü olaraq qaytarmaqdan imtina edir. Belə ki, səhhəti səbəbindən təbbi doğuş riskli olduğundan o qeysəriyyə əməliyyatı olunmalı olmuşdur ki, cavabdeh bunun üçün çəkilən xərcləri ona ödəməmişdir. Buna görə də Cavabdeh 1350 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı müayinə və doğuş üçün tibbi sığorta vasitəsilə getməli idi ki, o da ödənişsizdir. Həmçinin iddiaçı doğuşun xərci ilə bağlı onunla məsləhətləşməmişdir. Doğuşu o həyata keçirdiyindən xərcləri də iddiaçı ödəməli idi. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan X7 Mərkəzinin verdiyi Epikrizdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı səhhəti ilə bağlı təbii doğuş riskli olduğundan doğuş keysər kəsiyi əməliyyatı ilə idarə olunmuşdur. İş materiallarında olan AZ İV 798828 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 2360 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılığı və həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)- 1017/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 2360 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 160(bir yüz altmış)manat sabit pul məbləğində aliment, həmçinin, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 adlı uşaq üç yaşına çatanadək 20 (iyirmi) manat sabit pul məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, doğuş və keysər əməliyyatı üçün 1350 manat pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatı, iş materiallarında olan sənədlərlə təsdiq edildi ki, Cavabdeh ilə X3 qızı arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Tərəflərin birgə nikahda olduğu dövrdə xx.xx.2022-ci il tarixdə İddiaçı səhhəti ilə bağlı təbii doğuş riskli olduğundan doğuş keysər kəsiyi əməliyyatı ilə idarə olunmuşdur. Doğuş və keysər əməliyyatı üçün 1350 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh həmin xərcin ödənilməsində iştirak etməmişdir. Tərələr arasında nikah Gəncə şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(125)-1017/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddsəinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh doğuş xərci üçün çəkilmiş 1350 manat məbləğində pulun alınıb ona verilməsində qismən haqlıdır. Belə ki, doğuş üçün çəkilmiş xərc hər iki valideyin tərəfindən bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh doğuş üçün iddiaçı tərəfindən ödənilmiş 1350 manat məbləğində pulun yarısı - 675 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 33,50 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3, 216- 220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 675 (altı yüz yetmiş beş) manat pul tutlaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 33,50 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1508/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1508/2023
14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver