Məhkəmə qərarları › İş №e-2(045)-1517/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1517/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1517/2025 30.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X23 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-1475/2017 saylı qətnaməsi ilə təyin olunmuş, Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)- 54/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləğinin azadılması, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumu əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-102/2017 saylı, xx.xx.2017-ci il taixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X2 üçün hər ay 80 manat (səksən manat) alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh Əliyeva X9 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2017-ci il tarixli 2(104)-1475/2017 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X2 üçün hər ay 120 manat (yüz iyirmi manat) alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh Nürəddin qızı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il taixli, 2(045)-102/2017 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2015-ci il tarixdə doğulmuş X2 üçün hər ay tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmə qərardadına əsasən alimentin indeksasiya olunmuş məbləği çox yüksək həddə müəyyən edildiyinə və mənim mövcud gəlirimə, maddi və ailə vəziyyətimə adekvat olmadığına görə mən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 saylı qərardadından apellyasiya şikayəti vermişəm. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(104)-95/2025 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməyib, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. O, məhkəmə qətnaməsi ilə təyin edilmiş 120 manat alimenti hər ay vaxtında tələbkara ödəmiş, 2017-ci ildə məhkəmədə ona aliment təyin olunarkən onun məhdud maddi vəziyyəti və gəlirləri nəzərə alınaraq alimentin məbləği ölkə üzrə yaşayış minimumunun məbləğindən (136.6 manat) də aşağı olmaqla 120 manat müəyyən edilmişdir. O, həmin vaxt yeni boşandığı üçün ailəli olmadığından və tək özü olaraq gəlirindən 120 manat alimenti çətinliklə ödəyirmiş. 2017-ci ildən bəri ötən dövr ərzində onun aylıq gəlirində elə köklü dəyişiklik, artım olmayıb. Sonradan o yenidən ailə qurmuş və bu gün onun əlavə üç uşağı, həyat yoldaşı ilə birlikdə ailə tərkibinin 5 nəfərdən ibarət olduğunu və 120 manat alimenti daha da çətinliklə ödəyir. Həmçinin, 2013-cü ildən 2017-ci ilədək olan dövrdə ölkə üzrə hər il yaşayış minimumu və digər gəlir növlərinin məbləğində əhəmiyyətli artımlar olsa da, minimum əmək haqqının məbləğində 2017-cı ilədək heç bir dəyişiklik, artım olmamışdır. O, alimentin azadılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Goranboy 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh Əliyeva X7 şurasının iclasına gəlmədi. Bu barədə 23 iyun 2025-ci il tarixli, MŞG/MT/032-2025-00303 saylı arayışı məhkəməyə təqdim edir. İddiasının təmin edilməsini məhkəmədən xahiş eetmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, hazırda təkər ustası kimi çalışdığını, digər nikahından 3 övladının olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 8(045)-54/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərardadından görünür ki, Goranboy rayon Məhkəməsinin 2(045)-1475/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması barədə tələbkar Cavabdeh ərizəsi təmin edilərək xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çayanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/MT/- 032-00303 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Azərbaycan Respublikası Goranboy RİHB-nın Qazançı Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli Arayışın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Həsənov X10 rayonun Qazançı kəndində yaşayır. Ailə üzvləri 6 nəfərdən ibarətdir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA5398784 saylı surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA6364881 saylı surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA4841716 saylı surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA0165167 saylı surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Gəncə Asan Xidmət X17 tərəfindən verilmiş AZ-İİ № 295157 saylı, 18 sentyabr 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X3 ilə 18 sentyabr 2018-ci ildə nikah bağlamışlar. Bu nikah haqqında akt qeydləri kitabında 2018-ci ilin sentyabr ayının 18-ci günündə 2117 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Azərbaycan Respublikası Goranboy RİHB-nın Qazançı Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli Arayışın surətindən görünür ki, xx.xx.1997-ci təvəllüdlü X5 hazl-hazırda Goranboy rayonun Qazançı kəndində yaşayır. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X6r. 28 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 47 manat dövlət rüsumu ödəmişdir. 07 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat mediasiya üçün dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-1475/2017 saylı qətnaməsi ilə təyin olunmuş, Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləğinin azadılması, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün ondan Cavabdeh xeyrinə hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,55 misli həddində indeksasiya edilməsi işin mübahisəli hallarıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi əziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 412 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu digər nikahından olan 3 övladlarının olması, öz şəxsi tələbatlarını ödəyə bilməməsi kimi dəlillərlə əsaslandırmışdır. Bununla birlikdə Goranboy rayon Məhkəməsinin 8(045)-54/2025 saylı, 20 fevral 2025-ci nömrəli qərardadı ilə qət edilən alimentin məbləğinin hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 01,03 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 412 manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda iddiaçının sabit gəlirinin və əmək haqqısının olmadığı müəyyən edildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-1475/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbi təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-1475/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)- 1475/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(045)-54/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar