Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1762/2023 04.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Afiq qızının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Afiq qızının Cavabdeh qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Afiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 iyun 2018-ci il təvəllüdlü X1 və 24 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğdə alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki o, faktiki nikah münasibətlərinə girməklə Cavabdeh ilə ailə qurmuşdur. Nikah isə 14 aprel 2018-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan onların 16 iyun 2018-ci ildə Emiliya və 24 avqust 2019-cu ildə Murad adlı övladları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin, sonradan münasibətləri pisləşmişdir. Cavabdeh münasibətlərinin yaxşılaşması üçün heç bir addım atmamışdır. Hazırda o, cavabdehlə ailə münasibətlərini tamamilə pozmuş və ondan ayrı yaşayır. Cavabdeh hətta uşaqlarını saxlamaqdan da boyun qaçırdır. O, uşaqlarını çox çətinliklə saxlayır. Məhkəmə iclasında İddiaçı Afiq qızının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçının iddia tələbində göstərdiyi aliment məbləğini ödəməyə onun maddi imkanı çatmır, çünki iddiaçı ona aid bütün sənədləri götürüb ona geri qaytarmadığı üçün o, normal əmək haqqılı iş tapa bilmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rostov vilayəti Novoçerkassk şəhər Admisintrasiyasının VVAQ dövlət qeydiyyat sektor şöbəsi tərəfindən verilmiş İİ-AH seriyalı 883100 nömrəli nikah haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünrür ki, Cavabdeh ilə İddiaçı Afiq qızı arasında nikah xx.xx.2018-ci ildə bağlanmış və bu barədə vətəndaşlıq vəziyyətri aktları kitabında 141 nömrə ilə qeyd edilmişdir; Rostov vilayəti Noovoçerkassk şəhər Admisintrasiyasının VVAQ şöbəsinin dövlət qeydiyyat sektoru tərəfindən verilmiş İV-AH seriyalı 730852 nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünrür ki, X4 xx.xx.2019cu ildə Rusiya Federasiyası, Rostov Vilayəti, Novoçerkassk şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı Afiq qızıdır; Rostov vilayəti Novoçerkassk şəhər Admisintrasiyasının VVAQ şöbəsinin dövlət qeydiyyat sektoru tərəfindən verilmiş İV-AH seriyalı 691709 nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünrür ki, X2 xx.xx.2018ci ildə Rusiya Federasiyası, Rostov Vilayəti, Novoçerkassk şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı Afiq qızıdır; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 16 iyun 2018-ci il təvəllüdlü X1 və 24 avqust 2019-cu il təvəllüdlü X3 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə alimentin hər ay hər uşaq üçün 220 manat tutulmasına etiraz edərək alimentin ödənilməsindən imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 16 iyun 2018-ci il təvəllüdlü X1 və 24 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 56 (əlli altı) manat (300 manat*12ay=3600 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Afiq qızının xeyrinə tərəflərin birgə nikahından doğulmuş 16 iyun 2018ci il təvəllüdlü X1 və 24 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, həmçinin 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Afiq qızının xeyrinə tərəflərin birgə nikahından doğulmuş 16 iyun 2018-ci il təvəllüdlü X1 və 24 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1762/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1762/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver