Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1784/2025 03.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6964 (altı min doqquz yüz altmış dörd) manat 09 (doqquz) qəpik məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASCnin Nərimanov filialı arasında olan 14 dekabr 2014-cü il tarixli 4712 NF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 24 faiz olmaqla 4800 manat kredit verilmişdir. Eyni tarixli, eyni saylı zaminlik müqaviləsinə əsasən onunla ilə "xxxx" ASC-nin Nərimanov filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bankdan götürdüyü krediti vaxtında ödəməmişdir. Nəticədə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və ona qarşı məhkəmədə iddia qaldırmış, Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Əsas borclu Cavabdeh rəsmi iş yeri olmadığı üçün icraçı tərəfindən borc zamin İddiaçı maaş kartına yönəldilmişdir. Nəticədə əsas borclunun bütün borcunu o, ödəmişdir. Həmçinin, zaminə, yəni ona qarşı məhkəmə iddianı təmin edərkən hakim prosessual pozuntu etmiş, belə ki, ona qarşı qanunla müəyyən olunan iddia qaldırmaq müddətinin vaxtı ötürüldüyü halda, məhkəmə buna məhəl qoymayaraq təmin etmişdir. Onun hüquqi savadı olmadığı üçün özünü müdafiə edə bilməmiş, nəticədə əsassız olaraq əsas borclunun bütün borcunu ödəmək məcburiyyətində qalmışdır. Lakin əsas borclu, Cavabdeh belə də olmalıymış kimi öz borcundan heç bir ödəniş nə banka ödəniş etməmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir və onun həqiqətən də 5000 manat məbləğində iddiaçıya borcu vardır. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, tərəflərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 12- 5/2-S-54xx-xx-14096/2025 saylı məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh aranızda bağlanılmış xx.xx.2014-cü il tarixli 4712NF nömrəli kredit müqaviləsinə əsasən ona, 48 (qırx səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz hesablanmaqla 4.800 (dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində Sizinlə “AtaBank" ASC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş № 096361 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Goranboy rayon Məhkəməsinin 2(045)-737/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin LƏSF-nun cavabdehlər Cavabdeh və İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçıdan müştərək qaydada 4532,43 (dörd min beş yüz otuz iki manat qırx üç qəpik) manat məbləğində əsas borc, 4308,82 (dörd min üç yüz səkkiz manat səksən iki qəpik) manat məbləğində hesablanmış faiz borc, 550,65 (beş yüz əlli manat altmış beş qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəmsinin xx.xx.2014-cü ii tarixli Plenum qərarına əsasən hesablanmış 490,14 (dörd yüz doxsan manat on dörd qəpik) manat faiz borc, ümumilikdə 9882,04 (doqquz min səkkiz yüz səksən iki manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO «AtaBank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 431.3-ci maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur Məhkəmə qeyd edir ki, 14 dekabr 2014-cü il tarixli 4712 NF saylı saylı kredit müqaviləsi üzrə yaranmış borc zamin İddiaçı əmək haqqına yönəldilərək icra edilmişdir. Nəticə etibarilə İddiaçı əmək haqqından borc ödənilmiş bununla da zaminin əsas borcluya, yəni İddiaçı Cavabdeh qarşı reqres hüququ yaranmışdır. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı 6964, 09 qəpik manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddiasını əsaslı hesab edir və iddianın təmin edilməsi qənaətinə gəlir. Həmçinin, cavabdeh iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. MPM-nin: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6964,09 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6964,09 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-1784/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1784/2025
03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver