Məhkəmə qərarları › İş №e-2(045)-2191/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2191/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2191/2024 16.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC və 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “təsis payı və şirkətin inventarları üzərində pay hüququnun müəyyən edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payı və şirkətin inventarları üzərində onun ½ hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 370 saylı nikah aktı ilə rəsmi nikaha daxil olmuşam. Nikah dövründə iki övladları - xx.xx.2010 təvəllüdlü X1 və xx.xx.2010 təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ailə daxili söz-söhbətlər nəticəsində onunla faktiki olaraq ayrılıb və birgə təsərrüfat aparmırlar. Birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə birgə əmək və vəsaitləri hesabına "xxxx" MMC adlı şirkət yaradılmışdır. Şirkətin təsisçisi Cavabdehdır. Həmçinin, şirkət təsis edilərkən və fəaliyyət göstərdiyi müddət ərzində ailənin qazancı hesabına müxtəlif avadanlıqlar alınmışdır. İddiaçı təsis payı və şirkətin inventarları üzərində onun ½ hissədə pay hüququnun müəyyən edilməsi barədə məsələnin mediasiyada həll edilməsinə çalışsa da, bu, öz nəticəsini verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməyərək, iddia ərizəsində tələb konkret, yəni cavabdeh hüquqi şəxs "xxxx" MMC-yə hansı inventarların məxsus olduğu və onların siyahısı dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC və 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “təsis payı və şirkətin inventarları üzərində pay hüququnun müəyyən edilməsi” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar