Məhkəmə qərarları › İş №e-2(045)-665/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-665/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-665/2025 17.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və cavabdehlərdə qalmış dəyəri 450 manat olan 1 ədəd LG markalı paltaryuyan, dəyəri 150 manat olan 1 ədəd Euroluks markalısu ilə işləyən tozsoran, dəyəri 80 manat olan 1 ədəd Tefal markalı ütü, dəyəri 50 manat olan 1 ədəd Braun markalıfen, dəyəri 180 manat olan 1 ədəd Euroluks markalı blender–mikser dəsti, dəyəri 80 manat olan 1 ədəd Vitek markalı ətçəkən, dəyəri 250 manat olan 1 ədəd Galaxy markalı xəmir mikseri, dəyəri 60 manat olan 1 ədəd Saturun markalı şirəçəkən, dəyəri 60 manat olan 1 ədəd böyük elektrikli termos, dəyəri 35 manat olan 1 ədəd Braun markalı epilyator, dəyəri 50 manat olan 1 ədəd kofemorka, dəyəri 50 manat olan 1 ədəd stolüstü örtük, dəyəri 12 manat olan 6 ədəd əşya altlıqları, dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd pərdi, dəyəri 250 manat olan 1 ədəd pərdə, dəyəri 70 manat olan iki nəfərlik yataq örtüyü dəsti, dəyəri 60 manat olan cehizlik yataq dəsti, dəyəri 60 manat olan əl dəsmalları, dəyəri 80 manat olan qab dəsmalları, dəyəri 24 manat olan 6ədəd mətbəx dəsmalları, dəyəri 18 manat olan əl üçün mətbəx dəsmalları, hər birinin dəyəri 60 manat olan 6 ədəd yataqüçün qalın ədyal, ümumi dəyəri 500 manat olan şəxsi geyimlərim, dəyəri 35 manat olan 1 ədəd kabloklu ayaqqabı, dəyəri 40 manat olan 1 ədəd kabloklu ayaqqabı, dəyəri 35 manat olan 1 ədəd kabloksuz ayaqqabı, dəyəri 40 manat olan 1 ədəd kabloklu pasanoşka, ümumi dəyəri 300 manat olan uşaq geyimləri, dəyəri 20 manat olan uşaq yataq pasteli, dəyəri 25 manat olan böyük yataq pasteli, dəyəri 60 manat olan böyük yataq döşəyi, dəyəri 25 manat olan uşaq yataq döşəyi, dəyəri 120 manat olan uşaq yataq ımebeli, dəyəri 200 manat olan sandıq, dəyəri 350 manat olan qonaq otağı üçün stol və stullar, ümumi dəyəri 1000 manat olan qonaq otağı dəsti (3 ədəd qab–qacaq mebeli, güzgülü mebel, televizor altlığı), dəyəri 500 manat olan divan, ümumi dəyəri 150 manat olan 2 ədəd kreslo, ümumi dəyəri 1200 manat olan yataq otağı dəsti, dəyəri 12 manat olan ALLAH yazılı suvenir, dəyəri 25 manat olan güldan və vaz suvenir, dəyəri 70 manat olan 2 dəst mebelə yığılan boşqab dəstləri, dəyəri 30 manat olan fincan nəlbəki dəstləri, dəyəri 12 manat olan kofe fincanı dəsti, dəyəri 30 manat olan cehizlik bakal dəsti, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: dəyəri 20 manat olan 6 ədəd bakal, dəyəri 5 manat olan 2 qutu çay stəkanı dəsti, dəyəri 200 manat olan çamadanda qaşıq–çəngəl dəsti, dəyəri 15 manat olan meyvə qabı, dəyəri 12 manat olan böyük ləpə qabı, dəyəri 14 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri 7 manat olan konfet qabı, dəyəri 8 manat olan 1 ədəd xrustal güldan, dəyəri 20 manat olan böyük xrustal güldan, dəyəri 35 manat olan 2 qutu padnos dəsti, dəyəri 15 manat olan şirəli qazan dəsti, dəyəri 40 manat olan tava dəsti, dəyəri 60 manat olan 40 litrlik böyük tək qazan, dəyəri 50 manat olan bıçaq dəsti, dəyəri 50 manat olan böyük şirəli tək qazan, dəyəri 60 manat olan böyük aş qazanı, dəyəri 60 manat olan yol üçün böyük paltar çamadanı, dəyəri 15 manat olan banka maşını, dəyəri 35 manat olan çaynik dəsti, dəyəri 15 manat olan armudu stəkan dəsti, dəyəri 25 manat olan 3–lü ləyən–aşsüzən, dəyəri 20 manat olan ütü stolundan ibarət cehiz əşyalarımın, həmçinin mənə məxsus olan qızıllar yığılan 1 ədəd sandıqça, hər birinin dəyəri 200 manat olan 2 ədəd 585 əyarlı uşaq bilərziklər, dəyəri 5400 manat olan 850 əyarlı gül naxışlı ağ qızıl dəsti, dəyəri 280 manat olan paxlava naxışlı bilərzik, dəyəri 570 manat olan 585 əyarlı ilan naxışlı qızıl sep, dəyəri 200 manat olan qızıl sep, dəyəri 50 manat olan tək qaşlı gümüş üzük, dəyəri 500 manat olan yarpaq naxışlı, tək qaşlı ağ qızıldan nişan üzüyü, dəyəri 200 manat olan yaqut qaşlı qızıl üzük və dəyəri 110 manat olan qızıl uşaq sancağından ibarət qızıl əşyalarımın natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırkı iş üzrə iddia ərizəsinin məzmununda qeyd etdiyi əmlakları məhkəmənin ilkin hazırlıq iclası keçirildikdən sonra cavabdehlər könüllü olaraq qaytarmışlar. Bu səbədən də, işə baxılmasına zərurət qalmamışdır. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılması və iddianın məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 138,6 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 138,6 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 138,6 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar