Məhkəmə qərarları › İş №e-2(045)-75/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-75/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-75/2025 06.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Hyundai Accent» markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə hesablanmış 2135 manat ödənişin və və ödənilmiş 41,35 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü cü il tarixdə Cavabdeh məxsus mal-qara ilə “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. №**********3 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 128276 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2235 AZN (iki min iki yüz otuz beş manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 2135 AZN (iki min yüz otuz beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq sığorta müqaviləsi üzrə sığortalı "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Goranboy rayon Polis İdarəsinin təqdim etdiyi İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 338.5.1-ci maddəsi ilə (mal-qaranm yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Cavabdeh «Hyundai Accent» markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə hesablanmış 2135 manat ödənişin və və ödənilmiş 41,35 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tuttulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq idiaçı İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobilə ziyan dəyməsində onun günahı yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli müstəqil ekspert X1 rəyindən görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2235 AZN (iki min iki yüz otuz beş manat) zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş Goranboy rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 338.5.1-ci maddəsi ilə (mal-qaranm yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş №**********3 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 128276 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 2135 AZN (iki min yüz otuz beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq sığorta müqaviləsi üzrə sığortalı "xxxx" MMC-nin hesabına köçürmüşdür. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 41,35 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü cü il tarixdə Cavabdeh məxsus mal-qara ilə “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman zərbənin təsirindən nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. №**********3 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 128276 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Goranboy rayon Polis İdarəsinin tərtib etdiyi İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 338.5.1-ci maddəsi ilə (mal-qaranm yolda nəzarətsiz qoyulmasına görə) təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2235 AZN (iki min iki yüz otuz beş manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Hyundai Accent” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği (franşiza) çıxılmaqla qalan 2135 AZN (iki min yüz otuz beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq sığorta müqaviləsi üzrə sığortalı "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 41,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir, ona görə də həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hyundai Accent» markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə hesablanmış 2135 manat ödəniş və və ödənilmiş 41,35 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar