Məhkəmə qərarları › İş №e-2(046)-1146/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1146/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1146/2025 19.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş pulun geri tələb olunmasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə cavabdeh X1 64 manat, Cavabdeh2 80 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan X6 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli, MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “ödəniş cədvəli”nin şərtlərinə X6 tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 may 2024-cü il tarixli e-2(046)-723/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 3080.68 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: EQ17928463 saylı protokola görə 64 manat; EQ 16436297 saylı protokola görə 32 manat; EQ16370089 saylı protokola görə 16 manat; EQ 16370086 saylı protokola görə 32 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 144 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X8 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı MMC -nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktıdan görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimin aparılması ilə bağlı İddiaçı MMC-nin direktoru X3 ilə X6 arasında akt imzalanmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)-723/2024 saylı qiyabi qətnaməsindən görünür ki, cavabdeh X2 xx.xx.2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsi üzrə 578 manat 65 qəpik əsas, 339 manat 79 qəpik mükafat və 4 manat 90 qəpik dəbbə pulu, lizinq obyektinə dəymiş zərərə görə 2106 manat 59 qəpik, ümumilikdə 3029 (üç min iyirmi doqquz) manat 93 (doxsan üç) qəpik və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 75 (yetmiş beş) qəpik alınaraq İddiaçı MMC-nə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlərə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli, EQ 17928463 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba yolu 8 km idarə edərkən İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, EQ 16436297 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayon M.Həsənov küçəsində İXM-nin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, EQ 16370089 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xətai rayonu, 8 noyabr prospekti, Nargilə kafesi Zığ yolu istiqamətində idarə edərkən İXM-nin 328.1-ci maddəsi ilə 10 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, EQ 16370086 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində İXM-nin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 16370086 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 32 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 16370089 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 16 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 16436297 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 32 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 17928463 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 64 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı Daxili Lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır ********** saylı qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə lizinq alan X6 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli, MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 istifadəsində olan zaman 80 manat, digər Cavabdeh1 istifadəsində olan zaman 64 manat inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan cərimələr İddiaçı MMC-i tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıdığından cavabdehlər Cavabdeh2 80 manat və Cavabdeh1 64 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı MMC-nə ödənilməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 80 manat və Cavabdeh1 64 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat müştərək qaydada alınaraq İddiaçı MMC -nə verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar