Məhkəmə qərarları › İş №e-2(046)-123/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-123/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-123/2025 03.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X10 iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment tələbinə dair ilkin iddia tələbinə, ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması, müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixində bağlanmış nikahın ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2024cü il tarixdə ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzilinin satışından əldə olunmuş gəlirin ½ hissəsinin ona verilməsi və ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə dəqiqləşdirmə verərək ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixində bağlanmış nikahın ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə və birgə nikah dövründə Göyçay Bazar Ticarət Mərkəzində aldıqları 4 obyektin ikisinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. lkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi verərək ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilə birgə nikah dövründə aldığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzilinin satışından əldə olunmuş gəlirin ½ hissəsinin ona verilməsi, ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 16:00-dək ünsiyyət hüqququnun müəyyən edilməsi, ananın razılığı olmadan uşaqların ölkə xaricinə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin e-2(06)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə hər həftən şənbə günü saat 10:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 16:00-dək ünsiyyət hüqququnun müəyyən edilməsi, ananın razılığı olmadan uşaqların ölkə xaricinə çıxarılması barədə tələb ayrıca icraata ayrılmış və işə yeni nömrə verilmişdir. İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, nikahın pozulması tələbindən imtina etdiyini, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanlması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin artırılması barədə ərizəyə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilə aralarında xx.xx.2014-cü il tarixində bağlanmış nikahın ləğv edilməsi barəsində də qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, birgə nikah dövründə Göyçay Bazar Ticarət Mərkəzində aldıqları 4 obyektin ikisinin onun mülkiyyətinə verilməsi tələbindən Cavabdeh ilə razılıq əldə olunduğundan imtina etdiyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahdan 2 övladları xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X13 anadan olmuşlar. Birgə yaşadıqları dövrdə əvvəllər səmimi münasibətləri olsa da, zaman keçdikcə bu münasibətlər dəyişmiş, cavabdeh ailəyə və uşaqlara laqeyd yanaşmış, onu hayat yoldaşı kimi saymamış, ailənin saxlanmasına maddi dəstək verməmiş, evdə söz-söhbətlər, mübahisələr, dava-dalaş mütəmadi hal almış, bu uşaqların tərbiyəsinə mənfi təsir göstərmişdir. O, əvvəllər də belə hallara dözmüş, lakin bu elə bir vəziyyət almışdır ki, artıq dözmək mümkün olmamış, ayrılmaq qərarına gəlmişdir. Məsələnin məhkəməyə qədər həlli üçün mediasiyaya təşkilatına müraciat etmiş, lakin cavabdehlə arasındaki bu məsələ həll edilməmişdir. Hesab edir ki, Cavabdeh ila aralarında xx.xx.2014-cü il tarixində bağlanmış nikah ləğv edilməlidir. Nikah ləğv edildikdən sonra yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X13 onun, yəni ananın himayəsində saxlanmalı, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadak maddi cəhətdən saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 500 manat olmaqla, cami 1000 manat aliment tutulub ona verilməlidir. Qarşılıqlı iddia tələbi belə əsaslanıdırlmışdır ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair Göyçay Rayon Məhkəməsində iddia qaldırmışdır. Bildirmək istəyir ki, birgə nikah dövründə bir sıra daşınmaz əmlaklar əldə olunmuşdur. Həmin əmlaklar aşağıdakılardan ibaratdir.

1. Abseron rayonu, Xırdalan şəhəri, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzildən. Həmin mənzil İddiaçızan qızı adına rəsmiləşdirilərək DƏDRX qeydiyyatdan keçməklə xx.xx.2023-cü il tarixdə çıxarış alınmışdır. Lakin onların "xxxx" ASC-nə borcları olduğu üçün sözügedən mənzilin çıxarışı bankda girovda olmuşdur. Banka olan borcu bağlamaq məqsədilə sözügedən mənzili xx.xx.2024-cü il tarixdə 65000 manata satmışdırlar. Mənizlin alqı-satqısına dair notariat işinin alınması ilə bağlı notariat ofisinə vəkil sorğusu göndərilmiş, lakin bu günə qədər onlara cavab verilməmişdir. Vəkil sorğusunu ərizələrinə əlavə etmişdirlər. Bundan əlavə Cavabdeh alqı-satqı müqaviləsinin sürətini notariusdan tələb ətsə da, notarius həmin iş üzrə Cavabdeh tərəf olmadığı üçün alqı-satqı müqaviləsini verməkdən imtina etmişdir. Həmin məbləğin 30500 manatını banka olan borclarını bağladıqdan sonra yerdə qalan 34500 manat məbləğində pul İddiaçı adına olan bank hesabına köçürülmüşdür. Həmin pulun İddiaçı adına olan bank hesabına köçürülməsinə səbəb isə mənzilin onun adına olması olmuş, lakin İddiaçı birgə nikah dövründə əldə olunmuş mənzilin gəlirindən yəni 34500 manat məbləgində puldan ona ödəniş etməmiş, tələb etdikdə isə həmin məbləği bərabər payda bölməkdan imtina etmişdir. 2 ünvan 3 ünvanında yerləşən ikinci mənzili birgə nikah dövründən əvvəl, yəni 2013-cü ildə əldə etmişdir, onun xüsusi mülkiyyətində idi. Lakin həmin mənzili xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətinə keçirmişdir. Hazırda həmin mənzildə İddiaçı övladları ilə birlikdə yaşayır. Birgə nikah dövründə əldə olunmuş əmlakı satdıqdan sonra gəlirin bütövlükdə İddiaçı özünə götürməklə, eyni zamanda birgə nikahdan əvvəl də əldə olunmuş Göyçay şəhəri, Nizami küçəsi 135A saylı evin 43 saylı mənzili hazırda İddiaçı bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsi X13 üçün son dərəcədə ağır yükə çevrilmişdir və bunun nəticəsinə Cavabdeh konstitusyon hüquqları pozulmaqla bərabər faktiki olaraq hər iki mənzilindən məhrum olmaqla köməksiz vəziyyətdə qalmışdır. Məhkəmədən xahiş etmişdir ki, İddiaçı ilə birgə nikah dövründə aldığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzilinin satışından əldə olunmuş gəlirin ½ hissəsinin ona verilməsi, ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəfləri izahatları:

İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etdi. Lakin ilkin iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, nikahın pozulması tələbindən imtina etdiyini bildirmişdir. Qeyd etmişdir ki, ailəsini bərpa etmək və Cavabdeh ilə barışmaq istəyir. Həmçinin ona qarşı əmlak tələbi də irəli sürmüş, lakin hazırda o, məsələ ilə bağlı razılıq əldə etdiyi üçün həmin hissədə də iddia tələbini azaldır. İddiaçı qarşılıqlı iddianı qəbul etmədi. Bildirdi ki, ilkin olaraq ailəsinin dağılmasını istəmir. Barışıq üçün vaxt verilməsi xahiş edir. Daşınmaz əmlaklarla bağlı da qeyd etdi ki, ünvan 3 ünvanında yerləşən 43 saylı mənzili Cavabdeh ilə nikah bağlamadan əvvəl öz vəsaiti hesabına almışdır. Lakin valideyinləri onun evlənməsinə etiraz etdikləri üçün həmin evi Cavabdeh adına rəsmiləşdirmişdir. X16 həmin evi ona bağışlamış, çünki o ev onun (Kamilənin) öz hesabına alınmışdır. İkinci mənzilin satışından əldə olunmuş məbləğin yarısını (16900 manat) Cavabdeh birgə yaşadıqları evdə təqdim etmişdir. Məhkəmə iclası zamanı dediklərini məhkəməyə ünvanladığı qarşılıqlı iddiaya dair etirazda da qeyd etmişdir. İkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatları təsdiq etdi. Lakin qarşılıqlı iddia tələbinin artırılması barədə ərizəyə ilə müraciət edərək, ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilə aralarında xx.xx.2014-cü il tarixində bağlanmış nikahın barışıq üçün vaxt verilmədən ləğv edilməsi barisəndə də qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı iddia tələbini qəbul etmədi və bildirdi ki, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaqlarını istəyir, həmçinin uşaqlar İddiaçı qalsalar, tələb olunan məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X10 iştirakı ilə fikri dinlənilən X11 valideynlərinin nikahı pozulduqdan sonra anasının yanında qalmaq istədiyini bildirmişdir.

İş materialları:

AZ-İ seriyalı, 362575 nömrəli "nikah haqqında şəhadətnamə”-nin əslindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Göyçay rayon İHB-in Potu kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş, ərə Məmmədov və arvada Məmmədova soyadı verilmişdir. AZ-İİİ seriyalı, 507272nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə anadan olmuş, atası Cavabdehdur, anası İddiaçıdır. AZ-İV seriyalı, 221972 nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2018-ci ildə anadan olmuş, atası Cavabdehdur, anası İddiaçıdır. Qəbələ 1 saylı Mediasıya təşkilatının mediatoru tərəfində verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. ********** saylı qəbzdən görünür ki, ilkin iddia tələbinə dair iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2025-ci il tarixli 05 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh anaları İddiaçı himayəsində yaşaması məqsədə uyğun hesab edilmişdir. ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 65 nömrəli mənzilə hüquq İddiaçı adına rəsmiləşdirilmişdir. AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 65 nömrəli mənzili X1 62000 manata satmışdır. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 43 saylı mənzili İddiaçı qeydşərtsiz hədiyyə etmişdir. Göyçay rayonu Bazar Ticarət Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 18 saylı, xx.xx.2011-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 02 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, Cavabdeh qeyri-ərzaq malların satılması üçün mağaza tikdirmiş və əvəzində Bazar Ticarət Mərkəzinə gündə 3 manat rüsum ödəyir. USB-Flash karta köçürülmüş görüntülərdən və səslərdən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ünvanına təhqiredici ifadələr söylənilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanından Məktəbəqədər və Ümumi Təhsil üzrə X9 Aran Regional təhsil İdarəsi tərəfindən verilmiş 553 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Göyçay rayonu Çayarxı kənd ümumi orta məktəbdə müəllim vəzifəsində işləyir və aylıq əmək haqqısı 345 manat təşkil edir. 159506866 saylı qəbzdən görünür ki, qarşılıqlı iddia tələbinə dair iddia ərizəsinin verilməsi Cavabdeh tərəfindən üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

213.5. birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı:

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

“Uşaq Hüquqları haqqında” Qanun:

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:

8.10. Xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı:

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024cü il tarixli Qərarı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarı.

İşin faktiki halı:

İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilə ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmışdır. Birgə nikahdan 2 övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 doğulmuşdur. Tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və hazırda onlar ayrı-ayrı yaşayır, uşaqlar İddiaçı himayəsindədir. İlkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh məhkəmənin hazırlıq iclasında nikahın pozulmasına razı olduğunu, amma nikah pozulduqdan sonra uşaqların onun himayəsinə verilməsini istədiyindən məhkəmənin qərardadı ilə mülki iş üzrə uşaqların valideylərin hansının yanında qalmasının uşaqların mənafeyinə uyğunluğunun yoxlanılması üçün mülki iş materiallarının Qəyyumluq və himayəçilik komissiyasına göndərilməsi qərara alınmışdır. Birgə nikah dövründə alınmış Abseron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti ev 1766 ünvanında yerləşən 65 nömrəli mənzilə hüquq İddiaçı adına rəsmiləşdirilmiş, xx.xx.2024-cü il tarixdə həmin mənzil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında 62000 manata satılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvan 3 ünvanında yerləşən 43 saylı mənzili İddiaçı qeyd-şərt olmadan, üzərinə öhdəliklər qoymadan hədiyyə etmişdir. Göyçay rayonu Bazar Ticarət Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 18 saylı, xx.xx.2011-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 02 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, Cavabdeh qeyri-ərzaq malların satılması üçün mağaza tikdirmiş və əvəzində Bazar Ticarət Mərkəzinə gündə 3 manat rüsum ödəyir.

Məhkəmənin mövqeyi:

Məhkəmə hər bir tələbə növbəli şəkildə qiymət verməyi zəruri hesab edir. Məhkəmə mülki iş üzrə ilkin iddia tələbi üzrə ərizəni, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə X2 fikrini, uşaqların ananın yanında yaşamaqla ona daha çox bağlı olduqlarını nəzərə alaraq və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 anaları ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı himayəsində saxlanılmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı yanında qalmasının müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment Cavabdeh tutulmalıdır. Məhkəmə aliment tələbini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq vəzifəsinin olmasını, aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulmasının başlanğıcı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qalan hissədə ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılı iddia tələbinə münasibətdə məhkəmə ilkin olaraq qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəməyə nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbi ilə müraciət etdiyi vaxtdan iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək xeyli müddət keçmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında İddiaçı Cavabdeh ilə mübahisə etdikdən sonra nikahın pozulması barədə ərizəsinin geri götürmək istədiyini bildirərək, bununla bağlı ərizə təqdim etmişdir. Məhkəmə həmin tələbin uşaqların himayəyə verilməsi və aliment tələbi ilə bir iddia ərizəsində göstərildiyindən onun geri qaytarılmasını mümkün hesab etməyərək, təqdim edilmiş ərizəyə iddia tələbinin azaldılması ərizəsi kimi qiymət vermidir. İddiaçı bu ərizəni təqdim etdikdən sonra ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı bu tələbi qəbul etməyərək məhkəmədən barışıq üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə sözügedən mübahisəyə dair mülki işin məhkəmənin icraatına daxil olduğundan artıq 8 ay keçdiyini və bu müddət ərzində ailə münasibətlərinin bərpa olunmadığını, qarşılıqlı iddia tələbi üzrə iddiaçının barışıq üçün müddət verilməsinə razı olmadığını, tərəflər arasında qərəz olduğunu, bir-birinə qəzəbli davranışını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, nikah barışıq üçün müddət verilmədən pozulmalıdır. Barışıq müqaviləsinin etibarsızlığı tələbini irəli sürərək ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh tələbini Göyçay şəhəri, Nizami küçəsi 135 A saylı evin 43 saylı mənzili hazırda İddiaçı bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsi Cavabdeh üçün son dərəcədə ağır yükə çevrildiyi ilə əsaslanndırmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Cavabdeh bağışlama müqaviləsinin etibarsızlığın əsası kimi onun yaşamaq üçün yerinin olmamasına istinad etmiş və bu tələbin hüquqi əsasını əsaslandıra bilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin XİV Fəslində əqdlərin etibarsızlığının əsasları konkret göstərilmiş və bu əsaslar sırasında gələcəkdə əqd bağlayanın (hədiyyə verənin) maddi vəziyyətinin ağırlaşması kimi bir əsas qeyd olunmamışdır. İlkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağlandığı vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra irəli sürmüşdür. Mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə məhkəmə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 2 il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız olunması hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir 3-cü tələbə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzilinin satışından əldə olunmuş gəlirin ½ hissəsinin ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddiaçı Cavabdeh verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 1766 ünvanında yerləşən evin 65 nömrəli mənzil xx.xx.2023cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş (yəni tərəflər nikahda olduqları zaman), həmin mənzil xx.xx.2024-cü il tarixdə 65000 manata satılmışdır. Həmin mənzilin satışından əldə olunmuş məbləğin bir qismi (30659 manat) tərəflərin banka olan ümumi borclarının ödənilməsi üçün istifadə olunmuş, digər məbləğ 33841 manat İddiaçı "xxxx" ASC-dəki hesabında qalmışdır. Bu işin mübahisəsiz tərəfidir, belə ki hər iki tərəf bu faktı məhkəmə iclası zamanı təsdiq etmişdir. İddiaçı məhkəməyə ünvanladığı etiraz ərizəsində və məhkəmə iclasında ümumi borc ödənildikdən sonra mənzilin satışından əldə olunmuş əmlakın Cavabdeh 16900 manat verdiyini bildirsə də bunu hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş mənzilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından, bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, lakin mübahisəli mənzil ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq onların ümumi birgə mülkiyyətində olduğu təsdiq olunduğundan həmin əmlakın satışından banka olan borc ödənildikdən sonra əldə olunan gəlirə Cavabdeh ½ payı müəyyən olunmalıdır.

Nəticə:

Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 anaları ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı himayəsində saxlanılmalıdır. xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İlkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Göyçay rayon İHB-in Potu kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2014-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Birgə nikah dövründə alınmış ünvan 4 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş gəlirin ½ hissəsi Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir Tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 50 manat ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 anaları ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı himayəsində saxlanılsın. xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. Qalan hissədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakın bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Birgə nikah dövründə alınmış ünvan 4 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş gəlirin ½ hissəsi Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 50 manat ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar