Məhkəmə qərarları › İş №e-2(046)-1419/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1419/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1419/2023 31.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşlarına çatanadək Cavabdeh ayda hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adətilə toy edib ailə qurmuş, birgə yaşamaqla ailə həyatı sürmüşlər. Toydan sonra cavabdehin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Hal-hazırda ona məxsus olan bütün cehiz və digər qiymətli əmlakları həmin evdə yerləşir. Birgə yaşayışlarından 03 sentyabr 2017-ci il tarixdə X10 və 17 aprel 2020-ci il tarixdə X11 anadan olmuşdur. Ailə qurduğu ilk müddətdə cavabdeh və onun valideynləri ilə münasibəti normal olmuş, sonradan münasibətləri pozulmuş, bu səbəbdən gəlin köçdüyü, yaşadığı və istifadə hüququ əldə etdiyi fərdi yaşayış evini tərk etmişdir. Evdən çıxarkən əmlaklarından heç birini götürmək imkanı olmamışdır. Göyçay Rayon Məhkəməsinin e-2(046)-299/2023-nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 03 sentyabr 2017-ci il tarixdə anadan olmuş X2 və 17 aprel 2020-ci il tarixdə anadan olmuş X3 atası olması faktı müəyyən edilmişdir. Bundan sonra Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh ayrıldığı vaxtdan bu günə kimi birgə nikahdan doğulmuş uşaqları yaşayış şəraiti ilə maraqlanmamış, onların saxlanılmasına heç bir maddi yardım göstərməmişdir. Halbu ki, atanın uşaqların saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. Heç bir yerdə işləmir və övladını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdeh Rusiya Federasiyasında işləyir, bununla da yüksək gəlir əldə edir. Yuxarıda göstərdikləri faktlara əsaslanaraq qeyd edir ki, Cavabdeh yüksək gəlirləri vardır və azyaşlı uşaqlarının yaşayış minimumu həddində deyil, normal həddə saxlanılması üçün kifayət qədər maddi imkanı vardır. İddiaçı Şəki 1-saylı Mediasiya Təşkilatına müraciət edərək, “atalığın müəyyən edilməsi, aliment və cehiz əmlak tələbinə dair” mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, X14 Şəki 1-saylı Mediasiya Təşkilatı tərəfindən mediator təyin edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən X14 tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 sentyabr 2022-ci il tarixli arayış verilmişdir. Hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşlarına çatanadək, Cavabdeh ayda hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (046)- 299/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Ağayev X8 03 sentyabr 2017-ci il tarixdə anadan olmuş X10 və 17 aprel 2020-ci il tarixdə anadan olmuş X3 atası olması faktı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci il tarixdə X12 və xx.xx.2020-ci il tarixdə X13 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilə bilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması,boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar.(Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X4 və 17 aprel 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 150 manat,cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X4 və 17 aprel 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 150 manat,cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh 56 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar