Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1787/2021 18.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi ilə, Kreditor MMC-nın Borclu oğluna qarşı borcun tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu oğlundan 760 manat əsas, 318.06 manat cərimə borcu olmaqla, 1078.06 manat borcun, 20 manat dövlət rüsumunun və 0,40 manat tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4.-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Borclu oğlundan əsas borcla yanaşı 318.06 manat cərimə borcunu tələb edir ki, bu da kreditorun tələbinin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Məhkəmə hesab edir ki, hazırkı tələb Azərbaycan Respublikası MPM-in 276-cı maddəsində nəzərdə tutulmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, kreditora isə tələblə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Kreditor MMC-nin Borclu oğlundan borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın və kreditora iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Sultanov.
Məhkəmə qərarları › İş №e-2(046)-1787/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1787/2021
18.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver