Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1919/2025 30.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, Kreditor Borclu qarşı müqavilə öhdəliyinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək, Borclu olduğu 10.000 (on min) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun alınaraq ona qaytarılması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Kreditor məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.1-ci maddəsində əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 276.2 maddəsində məhkəmə əmrinin verilə biləcəyi hallar qeyd olunmuş, həmin halların sırasında tələbin notariat qaydasında təsdiq edilmiş əqdə əsaslandığı hal göstərilməmişdir. Həmin Məcəllənin 276.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hesab edir ki, Kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbulundan notariat qaydasında təsdiq edilmiş əqdə əsaslandığından imtina edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: Kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbulundan imtina edilməlidir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1919/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1919/2025
30.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver