Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2038/2023 11.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 hakimliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Əhmədova Lamı̇ yə Hüseyn qızının cavabdeh Əhmədov Təbrı̇ z Müzəffər oğluna qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 03 aprel 2018-ci il tarixli, 64 nömrəli nikahın pozulmasını və cavabdehlə birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsinə, onunla birgə nikahlarından anadan olmuş övladının saxlanması üçün hər ay cavabdehdən 220 manat alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əhmədova Lamı̇ yə Hüseyn qızının cavabdeh Əhmədov Təbrı̇ z Müzəffər oğluna qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair ərizəsi üzrə işdə iştirak edən şəxsə işin icraatı barədə məlumat verilmiş, iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq qaydasında Azərbaycan Respublikası MPMnin 167-ci maddəsində nəzərdə tutulmuş zəruri hərəkətlər edilmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)- 1064/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə 03 aprel 2018-ci il tarixdə 64 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsində və tərbiyyəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli mülki işlər olduğundan bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir.Ona görə də iddiaçı Əhmədova Lamı̇ yə Hüseyn qızının cavabdeh Əhmədov Təbrı̇ z Müzəffər oğluna qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair 2(046)-2038/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın onun himayəsində və tərbiyyəsində saxlanması tələbinə dair digər 2(046)-1064/2023 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169, 263,264-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı Əhmədova Lamı̇ yə Hüseyn qızının cavabdeh Əhmədov Təbrı̇ z Müzəffər oğluna qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair 2(046)-2038/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın onun himayəsində və tərbiyyəsində saxlanması tələbinə dair digər 2(046)-1064/2023 saylı mülki işə birləşdirilsin. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın onun himayəsində və tərbiyyəsində saxlanması tələbinə dair digər 2(046)-1064/2023 saylı mülki iş üzrə qarşılıqlı iddia ərizəsi hesab edilsin. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2038/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2038/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver