Məhkəmə qərarları › İş №e-2(046)-2049/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2049/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2049/2024 01.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu ilə aralarında xx.xx.2014-cü il tarixində bağlanmış nikahın ləğv edilməsi, nikah ləğv edildikdən sonra yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun onun himayəsində saxlanması və yetkinlik yaşına çatmayan övladları xx.xx.2015ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları məqsədilə Cavabdeh oğlundan hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 1000 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini nəzərdən keçirtdikdə, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrinə dair məlumat iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsinə dair məlumatın iddia ərizəsində göstərməməsi iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər,habelə ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki,nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın ( qəbz **********). İddiaçıya izah olunsun ki,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar